Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Ali Rada Yanukoviçin impiçmenti barədə qanun layihəsini qeydə alıb

Ukraynada Ali Radaya prezidentin impiçmenti haqqında qanun layihəsi daxil olub.

“Lenta.ru”-nun verdiyi xəbərə görə, sənəd hakim Regionlar Partiyasının fraksiya üzvü, Ukrayna Sosialist partiyasının sədri Nikolay Rudkovski tərəfindən təqdim edilib. Qanun layihəsinin təfsilatları Ali Radanın saytında göstərilməyib.

Yanvarın sonunda Rudkovski vaxtından əvvəl parlament seçkiləri və yerli hakimiyyət orqanları haqqında qanun layihələrinin müəllifi olub. Rudkovski, həmçinin, “Berkut” xüsusi təyinatlı dəstəsinin ləğvi, hakimiyyəti İnternetdə təhdid edənlərə qarşı cinayət məsuliyyətinin tətbiq edilməsi və mitinqlərin keçirilmə qaydalarının sərtləşdirilməsinin ləğvini nəzərdə tutan qanun layihələrinin müəllifi olub.

Fevralın 18-də Ukraynada müxalifətlə güc strukturları arasında toqquşmalarda, rəsmi məlumatlara görə, 77 nəfər ölüb, 600 nəfər xəsarət alıb. Fevralın 22 və 23 Ukraynada matəm günləri elan olunub.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...