Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

“Gənclərin son aksiyası onların passivliyi haqqındakı streotipi dağıtdı”

Zaur Əkbər: “Gənclərin son aksiyası onların passivliyi haqqındakı streotipi dağıtdı”

İki gündür BDU ətarfında baş verən etirazlar artıq ölkə gündəmini tutub. Tələbələrin ali təhsil mərkəzinin rəhbərıliyinə olan etirazları onların hədələnmələri ilə nəticələnir. Hələki, məsələnin hansı istiqamətdə inkişaf etməsi dəqiq bilinmir. Amma bir məsələ aydındır ki, bu etirazlar heç də təsirsiz ötüşməyəcək.

Gənclər Klubu İctimai Birliyinin həmtəsisçisi Zaur Əkbər Deyerler.Org-a açıqlamasında deyib ki, gənclər vaxtında effektiv münasibətini bildirdilər: “Bakı Dövlət Universitetində tələbələrin aksiyalarının başqa məqsədlərə yozulmasının tam əleyhinəyəm. Bu tələbələrin illərdən bəri yığılıb qalan etirazlarıdır. Tələbə nə qədər haqsızlığa uğrayar? Tələbələrə qarşı illərlə sərt qaydaların tətbiqi sonda bumeranq effektini verməli idi.
Tələbələrin dünənki aksiyası və bu gün BDU-nun rektoru Abel Məhərrəmovla görüşü onu göstərdi ki, gənclər kifayət qədər cəsarətli mövqe sərgiləyirlər və Azərbaycanın əksər təhsil ocaqlarının başında hansı səviyyədə və əxlaqda olan insanlar əyləşib. Bu da birbaşa təhsilimizin göstəricisidir. Bu da bir daha onu göstərir ki, illərdir gənclərin passivliyi haqqında danışılan söz-söhbətlər sadəcə cəfəngiyyat imiş. Gənclərin son aksiyası bu streotipləri də dağıtdı. Gənclər öz hüquqlarının müdafiəsi uğrunda mütəşəkkil surətdə mübarizəyə qalxıblar. Mən bunu çox təqdir edirəm. Çünki, cəzasızlıq uzandıqca, gənclərin üzərində yeni sərt qaydalar tətbiq olunacaq. Bu baxımdan yaxşı oldu ki, gənclər vaxtında effektiv münasibətini bildirdilər”.
1166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28