Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Putinlə zarafat olmaz

O indi kompyuter oyunu qəhrəmanıdır

Rusiya prezidenti Vladimir Putin hər dəfə müxtəlif özəllikləri ilə gündəmə gəlməyi bacarır. Bu dəfə isə Putin, kompyuter oyununun qəhrəmanı olacaq. Oyunda Prezident zombilərlə mübarizə aparacaq. “You Don’t Mess with Putin “ (Putinlə zarafat olmaz) adı ilə bazara çıxarılacaq oyunda Putin Kremldə konfrans təşkil edir. Konfransın müzakirə mövzusu sənayenin qəbə meyliliyini təmin etməkdir. Konfrans əsnasında Zombi ordusu hücum edir. Zombilər Vladimir Putin və Mayk adlı amerikalı video oyun mütəxəssisi istisna olmaqla hər kəsi öldürürlər. Beləcə zombilərlə savaş başlayır.
Belçikalı proqramist Mişel Rokko Smits tərəfindən tərtib edilən oyunun oktyabrın 31-də “Halloven” bayramına kimi hazır olacağı deyilib. Oyun bazara kompyuter versiyası ilə çıxarılsa da ios və androidlərdə də onu oynamaq mümkün olacaq.
Qeyd edək ki, oyunun birinci seriyası ödənişsiz olsa da hər digər seriya üçün 3.99 dollar ödəniş etmək tələb olunacaq.
1394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber