Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Türkiyə mətbuatından Azərbaycana hörmətsizlik

XİN Dağlıq Qarabağın müstəqil respublika kimi təqdim edilməsi ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndərəcək

Türkiyənin “Hürriyet.com” saytı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan səhv buraxıb. Ans-in məlumatına görə, qardaş ölkənin xəbər saytına daxil olub, orada qeydiyyatdan keçmək üçün xüsusi bolk açılır. Seçim imkanı verilən ölkələrin sırasında qondarma Dağlıq Qarabağ Respublikasının da adı var.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi araşdırmalara başlayıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndəriləcəyini bildirib.

“Artıq biz təlimat hazırlamışıq. Bu gün Türkiyədəki səfirliyimizə təlimat göndəriləcək. Araşdırmalardan sonra, saytın səhv etdiyini, yaxud başqa səbəbdən belə qeyd olunduğunu biləcəyik”, - deyə Elman Abdullayev bildirib.
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP