Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

BDU tələbələri aksiyanı davam etdirəcək

BDU-da kəsirlər üçün əlavə ödənişin verilməməsi tələbi ilə aksiya keçirən tələbələr tələbləri yerinə yetirilmədiyinə görə prosesi davam etdirmək barədə qərar çıxarıblar.

Artıq tələbələr daha iki aksiya təyin ediblər.

Aksiyalardan biri «Tələbələrin haqqını tapdalamayaq» adlanır. 24 fevral saat 15:30-a təyin olunmuş aksiya Elmlər Akademiyası metrosunun qarşısından başlayacaq. Təşkilatçılar bildiriblər ki, faktiki vəziyyət hamını narahat edir və bunun qarşısını almaq üçün birgə mübarizə aparılmalıdır. Onlar tələbələrə qarşı haqsızlıqlara son qoyulmasını və kəsir üçün pul alınmasının ləğv edilməsini tələb edəcəklər. Həmçinin hər hansı bir siyasi tələb irəli sürməyəcəklərini də vurğulayıblar.

İkinci aksiya isə BDU-nun qarşısında keçiriləcək. 24 fevral saat 13:40-a təyin olunmuş aksiyanın təşkilatçıları elə birinci dəfə aksiya keçirənlərdir.
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28
Tramp: