Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Astaradakı aksiyaya görə həbs olunanların yeri bilinmir

Astaranın Ərçivan kəndində bu yaxınlarda keçirilmiş etiraz aksiyasıyla əlaqədar həbs olunan kənd sakinlərindən heç bir xəbər yoxdur. Bu barədə “Azadlıq”a məlumat verən rayon sakini Vaqif Əhmədoğlu bildirib ki, müvafiq qurumlar onlara konkret söz demək istəmir: “Gah deyirlər, həbs olunanlar rayondadır, gah da deyirlər ki, Bakıya aparıblar. Dəqiq heç nə demirlər”.

Qeyd edək ki, etiraz aksiyasına “Odnoklassniki” sosial şəbəkəsində kəndin təhqir edilməsi, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının isə bu təhqirə yol verəni tapıb cəzalandırmaq tələblərinə məhəl qoymaması səbəb olub.

Kənd sakinləri sözügedən aksiya zamanı Astara-Bakı yolunu bağlamışdılar. Sakinlər yerli hakimiyyətə tələblərinin yerinə yetirilməsi üçün 3 gün vaxt vermişdilər.
1233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...