Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Şəhid Mübarizi özümüz hər gün öldürürük

Aktiv ictimai fəaliyyətə qoşulduğum son 10 il ərzində ölkədə çox təhlükəli bir tendensiyanın şahidi olmuşam. Bəlkə deyəcəyim təhlükə ilə bağlı bu günə qədər çox eşitmişsiniz. Lakin cəmiyyətimizin bu məsələyə qarşı laqeyd, əhəmiyyətsiz yanaşması və bir neçə gün bundan öncə facebookda gördüyüm bir məsələ məni sözügedən təhlükədən danışmağa vadar etdi. Nədir bu təhlükə? Özüm üçün bunun adını müqəddəs dəyərlərimizin dəyərsizləşdirilməsi qoymuşam. Qısa ifadə eləsək, dəyərlərimizin ucuzlaşdırılması. Hətta demək mümkündür ki, bu proses xüsusi və məqsədyönlü şəkildə həyata keçirilir. Nə isə, çox uzunçuluq eləməyim, keçim mətləbə. Sizə müqəddəs dəyərlərimizin bir neçəsinin adlarını xatırladım. Onu da qeyd edim ki, sözügedən dəyərlər dünya ölkələri arasında cəmi bir neçə ölkəyə məxsusdur, onlardan da biri bizik. Nədir bu? Analıq, vətən sevgisi, ailə dəyəri, qadın iffəti, şəhidlik, din və s. 
 
Azərbaycan xalqını məhv etmək üçün silaha, soyqırıma, müharibəyə ehtiyac yoxdur. Çünki tarixən bir neçə dəfə xalqımızın başına soyqırm faciəsi gətirilməsinə baxmayaraq, düşmənlərin arzusu ürəklərində qalıb. İndi düşmənlər çox ucuz və asan bir üsul tapıblar. Deməli, hər hansı bir dəyəri ucuzlaşdırmaq naminə cəmiyyətin əxlaqsız, şərəfsiz, satqın və xain kimi tanıdığı insanları həmin dəyərlər barədə danışmaq üçün ekspert qismində radiolara, telekanallara və digər media qurumlarına dəvət edərək, danışdırırlar. 
 
Keçək konkret misallara: 
 
Hər hansı bir telekanal valideyn övlad münasibətləri, müqəddəs analıq anlamı və ya qadın iffəti, əxlaqı ilə bağlı proqram hazırlayır. Həmin proqrama mövzuya uyğun danışmaq üçün dəvət edilənlər isə əksər vaxtlar bir ildə iki dəfə ailə quran, övladının atasını cəmiyyət üçün sürpriz edəcəyini söyləyən müğənnilər olur. Bu azmış kimi həmin müğənnilərin özləri, ailələri və övladları cəmiyyətə nümunə kimi sırınır. 
 
Digər bir misalı isə siyasi liderlərlə bağlı söyləmək mümkündür. Belə ki, istənilən seçki prosesində narazı elektoratın böyük bir əksəriyyətinin dəstəklədiyi hər hansı bir müxalif namizədi gözdən salmaq üçün ona alternativ kimi tamamilə ədəbdən və əxlaqdan kənar bir şəxsin namizədliyi irəli sürülür, həmin adamın işi-gücü yalnız müxalif lideri qaralamaqdan ibarət olur. Nəticədə isə insanlar siyasətsən iyrənirlər. 
 
Sözügedən dəyərlərin ucuzlaşdırılması prosesi müqəddəs İslami dəyərlərlə bağlı da özünü göstərir. Belə ki, müxtəlif peşələr üzrə ekspert qismində həmin sahənin mütəxəssisi danışdığı halda, İslam gəldikdə hamı islamşünaslıq edir. Bu siyahının sayını kifayət qədər artırmaq mümkündür.   
 
Nəhayət facebookda gördüyüm olay. Bir neçə gün bundan öncə Rusiyada yaşayan tanınmış azərbaycanlı milyarder Telman İsmayılov cinsi azlığın nümayəndələrindən olan rusiyalı müğənnilərdən birinə villa hədiyyə etmişdi.  
 
Telman İsmayılovun rusiyalı müğənni Nikolay Baskova villa hədiyyə etməsi isə şəkildə gördüyünüz müğənnicik Həmid Sultanı da həvəsləndirib. H.Sultan özünün rusiyalı müğənnidən gözəl olduğunu səbəb gətirərək, İsmayılovdan hədiyyə istəyib: Mən özüm də rusiyalı müğənni Nikolay Baskovun pərəstişkarıyam. Amma onunla müqayisədə özümü daha üstün sayıram. Hətta yaşca ondan daha cavan, görünüşcə daha maraqlıyam. Düşünürəm ki, bizim milyonçularımız öz müğənnilərimizə dəstək olsalar, biz də Rusiya və Türkiyə ulduzları kimi zirvədə ola bilərik. Çox istərdim ki, Telman İsmayılov mənə də villa hədiyyə etsin.
 
Bu olayın üzərindən bir neçə gün keçdikdən sonra özünü Telman İsmayılova təklif edən Həmid Sultan xalqımızın fəxri, milli qəhrəmanımız şəhid Mübariz İbrahimov barədə mahnı oxuyacağını söyləyib. Təsəvvür edirsiniz bu nə deməkdir? 
 
Şəhidlərimizi, əsr ana bacılarımızı, Xocalıdakı həmvətənlərimizi vəhşicəsinə qətlə yetirən ermənilərin kabusuna çevrilən və cəmiyyətin itib batmaqda olan vətənpərvərlik, şəhidlik, ruhiyyəsini yenidən özünə qaytaran və adları dillər əzbəri olan Mübarizə İbrahimovun şəxsiyyətinə və fəda olduğu dəyərlərə ermənilər yüz ildə çalışsalar, belə ziyan vura bilməzlər. Amma bunun üçün artıq ermənilərə ehtiyac qalmayacaq... 
 
İndi maraqlı olan budur ki, günah müxtəlif pozalar verməklə fotolarını yayan Həmid Sultandadır, yoxsa onu cəmiyyətimizə müğənni kimi sırımağa çalışanlarda? Bəlkə cəmiyyət olaraq biz məsuliyyət daşıyırıq? Məgər Şıkı-şıkı baba, Mırtlaşaq və digər bu kimi bayağı mahnılara qulaq asanlar bizim cəmiyyət deyilmi? Telefon operatorları son bir il ərzində Üzeyirin mahnılarının zəngimsel üçün istifadə olunduğuna görə müğənniyə 150 min manata qədər pul ödəyiblər. Görəsən belələrinə ekranların yuxarı başında yer verənlər kimlərdir?  
 
Düzünü desəm, artıq söz tapa bilirəm. Amma onu bilərəm ki, xalqımızın mənəvi baxımından çökdürülməsi üçün ermənidən də betər düşmənlərimiz qollarının hər ikisini də çırmalayıblar.
 
 
Xəyal Şükür /Faktxeber
1221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı