Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Rusiyadakı azərbaycanlıların işi çətinləşir

Rusiya hökuməti miqrantların işə götürülməsi qaydaları ilə bağlı qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.

Rusiya KİV-ləri xəbər verir ki, qanun layihəsinə əsasən miqrantları işə götürənlər onları mənzil və tibbi sığorta ilə təmin etməyə borcludur.

Qanun layihəsində göstərilir ki, xarici ölkə vətəndaşını işə götürənlər onların maddi, tibbi və mənzil təminatına qarantiya verməlidir.

Miqrantları işə götürənlərlə bağlı bu cür sərt tələblərin qoyulması təklifini ötən ilin payızında Moskvanın Biryulevo rayonunda baş vermiş iğtişaşlardan sonra Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski irəli sürmüş və bu təklifi prezident Vladimir Putinlə müzakirə etmişdi.

Hazırda Rusiya ərazisində miqrantlar heç bir tibbi sığorta olmadan işləyirlər və “rezin mənzillərdə” qeydiyyata düşərək əsasən başqa ünvanlarda yaşayırlar. Həmçinin miqrantları işə götürənlərin onlara normal əməkhaqqı verməsinə dair tələb mövcud deyil. V.Jirinovski hesab edirdi ki, əgər işəgötürənlər üçün bu cür sərt tələblər qoyulsa, onlar miqrantları işə götürməkdə sadəcə olaraq maraqlı olmayacaqlar. Beləliklə də Rusiyada qeyri-leqal miqrant problemini aradan qaldırmaq üçün şərait yaranacaq.

Bu həftə Rusiya Dövlət Dumasına miqrantlarla bağlı daha bir qanun layihəsi təqdim olunub. Həmin layihəyə əsasən Rusiyaya vizasız giriş hüququ olan keçmiş sovet respublikalarının vətəndaşları ölkəyə daxil olanda məqsədlərinin əmək fəaliyyəti ilə məşğul olduğunu göstərməsə, onlara iş icazəsi verilə bilməz. Yəni miqrant Rusiyaya daxil olarkən ona təqdim edilən miqrasiya formasını dolduranda məqsədinin işləmək olduğunu göstərməli olacaq.
1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı