Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

İraqda iki terror aktında 14 ordu əsgəri həlak olub

Ordu əsgərlərindən 9-u Diyala əyalətinin şimal-şərqində, silahlıların qurduğu pusquda 5-i isə ər-Rəmadi şəhərində minalanmış maşının partladılması nəticəsində həlak olub

İraqda terror aktları ordunun irəliləməsinə mane olmayıb.

İnterAz–ın İraq mətbuatına istinadla verdiyi xəbərə görə, bu gün ölkənin Diyala əyalətində və ər-Rəmadi şəhərində iki terror aktında 14 ordu əsgəri həlak olub.

Ordu əsgərlərindən 9-u Diyala əyalətinin şimal-şərqində, silahlıların qurduğu pusquda 5-i isə ər-Rəmadi şəhərində minalanmış maşının partladılması nəticəsində həlak olublar.

Bu arada Bağdadın şimalında Süleyman-Bik bölgəsi tam şəkildə ordu qüvvələrinin əlinə keçib. Bağdadı şimal əyalətləri ilə birləşdirən strateji yol üzərində yerləşən Süleyman-Bik bir həftə öncə silahlılar tərəfindən ələ keçirilmişdi.
1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.1