Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Xaçmazdan Suriyaya gedən qadın 15 yaşlı oğlunu qurban verdi

Xaçmaz rayonun Armudpadar kənd sakini Çiçək Nifətliyeva bir neçə ay öncə Suriyaya gedib

Suriyaya döyüşməyə gedən azərbaycanlı qadının özü ilə apardığı övladlarından biri döyüşlərdə öldürülüb. Xaçmaz rayonun Armudpadar kənd sakini Çiçək Nifətliyeva bir neçə ay öncə Suriyaya gedib. Valideynlərinin dediyinə görə, o, gedərkən 15 yaşlı oğlu Nurlan və 13 yaşlı qızı Aynanı da özü ilə aparıb. Çiçək Niftəliyevanın atası Eyyub Niftəliyevin sözlərinə görə, ötən ilin avqust ayında kiçik qızı Könül həyat yoldaşı ilə Rusiya işləmək adı ilə Suriyaya gedib. Bundan iki ay sonra isə böyük qızı Çiçək övladaları ilə birgə onlardan xəbərsiz bacısının yanına yollanıb. Valideynləri və həyat yoldaşı onun Rusiyada olduğunu zənn etsələr də sonradan məlum olub ki, Suriyadadırlar.

Valideynlər övladlarının geri qayıtmasını istəmədiklərini deyirlər. Lakin nəvələrinin yolunu gözləyirlər.

Qeyd edək ki, Suriyadan gələn xəbərə görə, Çiçəyin özü ilə apardığı 15 yaşlı oğlu Nurlan öldürülüb. Lakin Nurlanın atası Rasim müsahibə verməkdən imtina etsə də bu xəbərin yalan olduğunu bildirdi. Onun sözlərinə görə, bu yaxınlarda onlarla telefonla danışıb və hər şeyin qaydasında olduğu bildirilib./interaztv.com/
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:4