Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

AEBA İranın nüvə proqramına dair müsbət hesabat yaydı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano İranın nüvə proqramına dair hazırladığı son hesabatını təqdim edib, - AA. Baş direktor hesabatında bildirir: "İran uranın 20% zənginləşdirmə proqramını 20 yanvar 2012-ci ildən başa çatdırıb".

Mətbuata açıqlanmayan, ancaq idarə heyətinin üzvü olan 35 ölkənin nümayəndə heyəti rəhbərlərinə və BMT Təhlükəsizlik Şurasına göndərilən hesabatda həmçinin deyilir: "İran özünün Ərak ağır su istehsalı stansiyasına aid zəruri məlumatları AEBA-ya təqdim edib və stansiyaya təftiş üçün daxil olmağa imkanlar yaradılıb".

AEBA müfəttişlərinin İrandakı 17 nüvə stansiyası və 9 bölgədə müfəttiş yoxlamalarının davam etdirildiyi ifadə edilən hesabatda İranın nüvə stansiyalarındakı sentrafuqa sayının dəyişməz qaldığı bildirilir./deyerler/
1304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...