Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2020

General Hacızadə Eyn əl-Əsəd əməliyyatının təfərrüatlarını açıqladı

İslam İnqilabı Keşikçilər Qvardiyasının aerokosmik qüvvələrinin komandanı general Hacızadə bu gün keçirdiyi mətbuat konfransında şəhid Qasim Süleymaninin intiqamının alınması istiqamətində Amerikanın Eyn əl-Əsəd hərbi hava bazasına raket hücumu əməliyyatının detallarını açıqlayıb.

Eyn əl-Əsədə hücumda onlarla ölü və yaralı
Aerokosmik qüvvələrinin komandanı deyib:
“Şəhid Süleymaninin intiqamının alınması istiqamətində Amerikanın ən mühüm bazalarından birinə raket zərbəsi endirilməsi böyük bir əməliyyatın başlanğıcı idi. Bu əməliyyat bütün regionda davam edəcəkdi və mütləq həyata keçirilməli bir hərəkət idi.”
General əlavə edib: “Biz bu əməliyyatda bir kəsi öldürmək ardınca deyildik. Baxmayaraq ki, onlarla adam öldü və yaralandı və C-130 təyyarəsi ilə başqa yerə aparıldı. Biz əgər öldürmək istəsəydik, əməliyyatı elə qurardıq ki, ilk addımda 500 ölü olsun. Onlar buna cavab verəcəyi təqdirdə şərait dəyişəcəkdi və biz Amerika hərbi qüvvələrinin canının qorunmasına vəzifəli deyildik. Beləliklə, ikinci və üçüncü addımda 48 saat ərzində 4-5 min təlafatları olacaqdı.

Yaralıları daşımaq üçün 9 uçuş həyata keçirildi
Onlar bazalarını boşaltdıqlarını deyirlər. Halbuki, biz əməliyyatı həyata keçirdiyimiz vaxt bu bazada 2000-2500 nəfər qüvvə var idi. Əməliyyatın ardınca C-130 təyyarəsi yaralıları İordaniya və işğal edilmiş Fələstinə daşımaq üçün azından 9 çıxış uçuşu həyata keçirdi, bir neçə Chinook helekopteri də yaralıları Bağdadda xəstəxanalara köçürdü.
Amerikalılar özləri etiraf etdilər ki, neçə gün hazır ol vəziyyətində olublar və əməliyyatdan qabaq 7-si MQ-9 olmaqla 12 ədəd təyyarə ilə kəşfiyyat, qoruma və döyüşə hazırlıq əməliyyatları həyata keçirirdilər, 6-7 sərnişinsiz təyyarə və özləri də narahatlıqla gözləyirdilər.
Biz onların hücumdan mühafizə vəziyyəti seçəcəklərini düşünürdük, lakin gördük ki, sillə gözləyirlər. Silləni aldıqdan sonra bir qədər sakit oldular.”

Amerika bazalarına tərəf 13 ədəd raket atdıq
General Hacızadə SEPAH aerokosmik qüvvələrinin Amerika ilə qarşılaşmağa hazır olduğunu bildirərək deyib: “Amerika bazalarına tərəf 13 ədəd raket atdıq, lakin ilk saatda bir neçə yüz raket atmağa hazır idik. Belə düşünürdük ki, hər iki tərəfin təmkin göstərməyəcəyi surətdə bu qarşıdurma 3 günlə 1 həftə arasında məhdud şəkildə davam edəcək. Bu durum üçün neçə min raketi hazır vəziyyətə gətirmişdik.”
Aerokosmik qüvvələrin komandanı deyib: “Bütün raketlər hədəfə dəydi, hətta bizim raketlərimizə tərəf bir güllə də atılmadı. Amerikalıların çoxlu sayda təyyarəsinin uçuş etməsinə baxmayaraq, (raketlərimizin) qarşısını ala bilmədilər.”

Şəhid Süleymanin terror edilməsində iştirak edən bazalar
Hacızadə şəhid Süleymaninin terror edilməsində iştirak edən ölkə və bazaların da adını açıqlayaraq deyib: “İlk saatlarda şəhid Süleymaninin terror edilməsində iştirak etmiş bazaları tanıya bildik. Bu terror əməliyyatında Taci, Eyn əl-Əsəd, İordaniyanın Şəhid Məfər, Küveytin Əli əl-Salim bazalarının rolu olmuşdu.”
SEPAH generalı əməliyyatin digər təfərrüatlarını şərh edərək deyib: “Mübarizə və intiqamın başlanması üçün ilk seçimimiz Taci bazası idi və o, ilk variant kimi seçildi. Lakin əməliyyatdan bir qədər əvvəl hədəfimizi dəyişdik və Eyn əl-Əsədi seçdik.

Taci bazasını niyə vurmadıq?
Taci bazası Kazimeynə yaxın olduğu və Amerika ilə İraqın müştərək bazası olduğundan, digər tərəfdən də raketlərin zərbəsi və partlayışların dinc əhali üçün narahatlıq yarada biləcəyindən narahat olduğumuz üçün bu bazanı vurmaq fikrindən döndük və Amerikanın İraqda, bəlkə də regionda ən böyük bazası olan Eyn əl-Əsədi seçdik.

Eyn əl-Əsəd komandanlıq mərkəzi məhv edildi
Eyn əl-Əsəd bazası Bağdadın 170 km-də yerləşir və seçdiyimiz hədəflər həqiqətdə Amerikanın müharibə maşınına, amerikalıların komandanlıq nəzarəti mərkəzinə, əsas dron və helekopter briqadalarına zərbə vurmaq idi.
Həyata keçirdiyimiz planı əməliyyatın ilkin dalğası kimi planlaşdırmışdıq. Əməliyyatın davamı üçün düşmənin hərəkətinin necəliyinə diqqət etməklə bizim İraqda əməliyyatımız məhdud ola bilərdi və Amerikanın məntəqədəki digər bazalarına tərəf genişlənə bilərdi.”

Əməliyyatda Fateh-313 və Qiyam raketlərindən istifadə olundu
Əməliyyatda istifadə olunan raket tiplərinə də işarə edən Hacızadə deyib: “Eyn əl-Əsəd İran İslam Respublikasından ən uzaq və ən böyük baza idi. Bu əməliyyatda hədəfləri məhv etmək üçün Fateh-313-dən Qiyama kimi əvvəlcədən təyin etdiyimiz reketlərdən istifadə etdik.”

Amerika dronlarına qarşı elektronik əməliyyat
Raket əməliyyatından sonra indiyə kimi barəsində danışmadığımız və qabaqcadan hazırladığımız xüsusi təchizatlarla bir əməliyyat həyata keçirdik. Raket əməliyyatından 15 dəqiqə sonra elektronik döyüş əməliyyatı həyata keçirdik və Amerikanın Eyn əl-Əsəd üzərində uçmaqda olan sərnişinsiz təyyarələrini bir neçə anlıq nəzarətdən çıxartdıq, onların əlaqə və görüntü linklərini məhv etdik. Bu əməliyyat onları vəhşətə saldı.
Raket zərbələrindən sonra amerikalılar dəyən ziyanı öyrənməyə səy edirdilər. Bu iş məntəqə üzərində uçuşlar həyata keçirən 8 ədəd MQ-9 dronlarının kameraları vasitəsilə ilə anbaan izlənir və görüntülər göndərilirdi. Bu dronlar nəzarətdən çıxdıqdan sonra onlar raket zərbəsindən də böyük mənəvi zərbəyə düçar oldular.”

Şəhidlərimizin qanının dəyəri
Aerokosmik qüvvələrin komandanı vurğulayıb: “Bizim şəhidlərimizin qanının dəyəri çox böyükdür və onun üçün hansısa hədd qoymaq mümkün deyildir. Sözsüz, onların qanının bahası qarşısında amerikalıların bazalarına zərbə vurmaq, yaxud onların təyyarələrini məhv etmək, hətta Trampı öldürmək də azdır. Onların qanının həqiqi dəyəri Ali Məqamlı Rəhbərin də vurğuladığı kimi Amerikanın məntəqədən tamamilə çıxmasıdır.”

İkinci dünya müharibəsindən sonra heç ölkə Amerika əleyhinə bir güllə də ata bilməmişdi
General Hacızadə deyib: “İkinci dünya müharibəsindən sonra heç bir ölkə Amerika əleyhinə atılan bir güllənin də məsuliyyətini öz öhdəsinə almamışdı. General Süleymaniyə qarşı namərdcəsinə terror aktına cavab olaraq həyata keçən raket əməliyyatı, bütün qruplar və əhali arasında yaranmış yekdilliklə məntəqə hadisələri tarixində yeni səhifə yaratdı.
Amerika xalqına tövsiyə edirəm ki, bu əməliyyatdan və son hadisələrdən ibrət alsın və öz başçılarına məntəqədən az xərclə çıxmaq barədə təzyiq göstərsin. Ərəb ölkələrinə də tövsiyə edirəm: gördünüz ki, amerikalılar sizə görə müharibəyə girmədilər və gələcəkdə də buna getməyəcəklər, üstəlik özlərinə görə də müharibəyə daxil olmadılar.
Sözsüz ki, bütün xalqlar və müqavimət qüvvələri amerikalıları çıxartmaq üçün təlaş göstərəcəklər. Ümidvaram ki, dövlətlər bu işdə irəlidə olacaq. İraq dövləti və parlamenti amerikalı qüvvələrin bu ölkədən çıxması layihəsini qəbul etdiyi kimi digər ölkələr də bu işdə öndə dayanacaq. Bundan qeyri surətdə xalqlar zor gücünə amerikalıları məntəqədən çıxaracaq.”
General Hacızadə daha sonra deyib: “Biz İŞİD terrorçuları kimi terrorçu qruplara qarşı həyata keçirdiyimiz əməliyyatlarda cavab gözləmirdik. Lakin sözsüz ki, şəhid Süleymaninin intiqamı əməliyyatında bizim qarşımızda Amerika dayanırdı. İkinci dünya müharibəsindən sonra Amerika bazalarına bir güllə də atılmamışdı. Bununla belə biz reaksiya gözləyirdik və özümüzü döyüşə hazırlamışdıq. Əlbəttə, bizim sonrakı zərbələrimiz daha ağır və daha geniş olacaqdı. Lakin onların təmkin göstərməsi ilə döyüş davam etmədi.”
750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP