Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2020

Türkiyəyə məxsus təyyarə vuruldu

Liviyada general Xəlifə Haftarın nəzarətindəki qüvvələr Türkiyəyə məxsus pilotsuz təyyarəni vurub.

Türkiyə mənbələri xəbər verir ki, bu barədə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu açıqlama yayıb. İddialara görə, vurulan təyyarənin göyərtəsində raketlər olub. Açıqlamada qeyd olunur ki, hadisə Liviyada atəşkəs elan olunandan sonra baş verib. Liviya Milli Ordusu bunu atəşkəsin pozulması kimi dəyərləndirib.

Qeyd edək ki, Liviyada ötən gecədən başlayaraq, Rusiya və Türkiyənin təşəbbüsü ilə atəşkəs tətbiq olunub.
208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP