Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2020

Şayiələr və həqiqətlər: General Süleymaninin qızının vətəndaşlığı…!!??

Hacı Qasim Süleymaninin dəfn mərasimində İran xalqının möhtəşəm iştirakını görən anti-inqilabçı medialar məsələnin mahiyyətini təhrif etmək məqsədilə şübhə və şayiələr yaratmağa səy etdilər.

General Süleymani həm həyatda olduğu vaxt, həm də şəhid olduqdan sonra düşmənin və anti-inqilabçıların hücumuna məruz qalmışdır.

3 yanvar cümə gününün səhər vaxtı İran və İraqı, hətta bütün Qərbi Asiya və dünyanı bir xəbər şoka saldı; İslam müqavimət cəbhəsinin sərkərdələri general Qasim Süleymani və Əbu Məhdi əl-Mühəndis terror əməliyyatı nəticəsində şəhid olublar.

Bunun ardınca Amerika rəsmiləri, o cümlədən Tramp bu terror əməliyyatını etiraf etdilər. Bu hadisə bütün dünyada bərk reaksiyalarla qarşılaşdı, bir çox dövlət rəsmiləri, siyasətçilər, mədəni simalar ABŞ prezidintinin bu vəhişi hərəkətinə etiraz etdilər.

Lakin bu arada bir sıra qruplar bu xəbərə sevindilər. Münafiqlər, vəhabilər və İran İslam Respublikasının müxtəlif ölkələrdəki müxaliflərinin münasibəti tamamilə gözlənilən idi. Belə ki, bu qrup və ölkələrə bağlı xəbis mediaların şayiə, yalan və ümumilikdə mənfi reaksiyaları dərhal özünü göstərdi.

Hacı Qasim Süleymani və şəhid silahdaşlarının dəfn mərasiminin başlanması ilə İran xalqı dünyanın diqqətini özünə cəlb etdi və elə bir qəhrəmanlıq səhnəsi yaratdı ki, son 20 ildə onun misli görünməmişdi. Milyonlarla insan Xuzistan, Xorasan, Tehran, Qum və Kerman baş tutan mərasimlərdə iştirak etdi. Dəfn mərasimində iştirak etməyə macal tapmayanlar da sakit qalmadı və küçələrə axışaraq Amerikaya nifrətlərini hayqırdılar. Sosial şəbəkələrdə də oxşar vəziyyət yaşanırdı. Tvitterdə #Qasim–Süleymani trend oldu. İnstagram da generala sevgi bəsləyənlərin mövzuları ilə doldu. Bu məsələ İnstagramın bu postları senzura ülgücündən keçirməsinə bais oldu.

Hacı Qasim Süleymaniyə bu sevgi və dəstək anti-inqilabçı medaiları öz strategiyalarını dəyişməyə məcbur etdi, şübhə, şayiə yaymağa, mövzunu təhrif etməyə səy göstərdilər. Yaranmış hadisəni qırağa çəkmək üçün bu mediaların ən mühüm aləti “böyük yalandır”. Bu arada Azərbaycan Respublikası saytlarından olan və adətən İran İslam Respublikası əleyhinə yalan və şayiə xəbərlər yayan “ovqat.com” saytı mürtəce ərəb media və mətbuatı ilə eyni istiqamətdə yalan xəbərlər yaymağa başladı.

Bu medialar və Azərbaycan Respublikasının “ovqat” saytının yaydığı yalanlardan biri də Zeynəb Süleymaninin Amerika vətəndaşı olmasıdır. Onların bu yalanda əsaslandığı mənbə də dreshare saytının dərc etdiyi bir foto idi. Lakin dreshare saytı müxtəlif insanları tanıtmaq üçün yaradılmış bir saytdır və hər kəs bu saytda öz ürəyi istədiyi məlumatla istifadəçi hesabı yarada bilər. Hətta bəziləri bu saytda açılmış istifadəçi hesablarında olan məlumatların dəyərsiz olduğunu sübut etmək üçün Trampın qızının adına da hesab açaraq onu iranlı və 12 imamçı şiə kimi təqdim etmişlər.

Ortaya çıxan sual budur ki, Azərbaycan Respublikasının ovqat saytı general Qasim Süleymaninin ailəsinə qarşı yalan məlumat yaymaqda hansı məqsədi güdür?

Tamamilə aydındır ki, bu sayt Qasim Süleymaninin Amerika və sionist rejimin Qərbi Asiyada plan və strategiyalarını sındırdığı üçün müsəlman ölkələri, xüsusilə də Azərbaycan Respublikası xalqı arasında yüksək populyarlığını çox yaxşı başa düşür. Belə ki, Amerika rəsmiləri də general Süleymanini özləri üçün ən böyük düşmən kimi görür. Şübhəsiz, Azərbaycan Respublikasının ovqat saytı kimi saytlar general Süleymaninin ailəsi ilə bağlı şübhə, şayiə və təhrif xarakterli xəbərlər yaymaqla onun bənzərsiz şəxsiyyətinin əzəmətini azaltmağa səy edirlər. Hansı sağlam ağıl qəbul edər ki, Hacı Qasimin qızı atasının əsas düşməni olan bir ölkənin vətəndaşıdır? Məlumdur ki, onların bu kimi addımları günün günorta çağı günəşi inkar etmək kimidir./qafqaz.ir/az/

Şəhid Hacı Qasim Süleymani və  silahdaşlarının İraq və İranda dəfn mərasimlərindən görüntülər

 

 

328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP