Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

“Sovetski”də evlərin şəxsi alıcıları peyda olub

Bir neçə gün öncə mətbuatda məlumat yayıldı ki, fevralın 22-də “Sovetski” sakinləri yenidən aksiya keçirəcək. Bu məlumatı dəqiləşdirmək üçün sakinlərdən biri ilə əlaqə saxladıq. Samir Hacıyev Hafta.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu bildirdi:

“Aksiya olmayacaq. Hələki elə bir şey planlaşdırılmır. Sabah Mirşahinin verilişi olacaq, məmurlar da orada olmalıdır. Sakinlər hamısı onu gözləyir ki, görək nə deyəcəklər. Ona qədər heç bir aksiya gözlənilmir. Yalan məlumatdı”.

S.Hacıyev deyib ki, naməlum şəxslər qapıları gəzib sakinlərdən evlərini satmağını istəyirlər: “Bir şeyi də yazın ki, 4-5 qadını camaatın arasına salıblar. Qapı-qapı gəzib deyirlər ki, kim evini kvadratmetrini 1500 manatdan satmaq istəyirsə, alıram. Onları kimin göndərdiyini bilmirəm”.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber