Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2020

Prezidentliyə namizəd norması ləğv edilir – Rusiyada

“Prezident Vladimir Putinin Konstitusiya dəyişikliklərini həyata keçirmək təklifi Federal Şuranın iclasında müzakirə olunacaq”.

Bunu Rusiya Federal Şurasının spikeri Valentina Matvienko deyib.

Spiker qeyd edib ki, iclasda prezidentin təklifini həyata keçirmək üçün bir plan qəbul ediləcək.

Vladimir Putin Federal Şuraya verdiyi təklifdə Dövlət Dumasını Rusiya hökumətinin, Federasiya Şurasının, güc nazirliklərinin rəhbərlərinin, habelə regional prokurorların təyin olunmasında iştirak etməyə dəvət edib. Putin Rusiya Konstitusiyasının beynəlxalq hüquq normalarından üstün tutulmalı olduğunu, hökumət üzvləri, millət vəkilləri, rəsmi qurum rəhbərlərinin xarici vətəndaşlığının istisna edilməli olduğunu söyləyib. Onun təklifinə görə, Rusiyanın prezidentliyə namizədi ölkədə ən azı 25 il yaşamalı və xarici vətəndaşlığı almamalıdır.

Prezidentlik müddətinin sayına qoyulan məhdudiyyətlərə gəlincə, Putin qeyd edib ki, bu normanın nə üçün olduğunu başa düşmür, amma cəmiyyət təkid edirsə, düzəliş edilməlidir.

Putin, həmçinin xalqı Konstitusiyaya təklif olunan dəyişikliklər paketinə səs verməyə dəvət edib.
227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP