Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2020

"Ronaldo ilə rəqabətimiz əbədi yadda qalacaq" - Messi

"Barselona"nın kapitanı Lionel Messi "Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilə aralarındakı rəqabət haqqında danışıb.

Argentinalı ulduz insanların bundan zövq aldığını söyləyib: Bu, xüsusi bir rəqabət idi. Və insanların yaddaşında əbədi olaraq qalacaq. Çünki illərdir davam edir, onu belə bir səviyyədə uzun müddət saxlamaq asan deyil. Eləcə də dünyanın ən yaxşı komandalarında- "Real" və "Barselona"da çıxış etdik. Düşünürəm ki, mübarizəmiz insanların yaddaşında əbədi qalacaq. Aramızdakı idman qarşıdurması şəxsi səviyyədə də xoş idi. "Barselona", "Real" azarkeşlərinin, hansı komandaya tərəfkeşlik etdiyindən asılı olmayaraq, bütün insanların zövq aldığını düşünürəm. Əlbəttə ki, Kriştiano "Real"da oynayanda "El-Klassiko" xüsusi idi. "Real"la matçlarımız həmişə vacib olur. Amma Ronaldo ilə daha da xüsusi idi. Bunlar keçmişdə qalıb. İndi irəliləməliyik".
266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP