Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2020

Senat Trampa qarşı ittihamları müzakirəyə çıxardı

ABŞ Senatı Prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamların müzakirəsinə başlayıb.

Nümayəndələr Palatasının üzvləri Tramp əleyhinə ittiham maddəsini rəsmi olaraq senatorlara təqdim edəcəklər. İmpiçment işi üzrə menecerlər qrupuna hüquq komitəsinin rəhbəri Cerold Nadler, habelə qanunvericilər Zoi Lofqren, Xakim Ceffris, Vel Deminqs, Ceyson Krou və Silviya Qarsia daxildir. "Amerikanın səsi"nin yaydığı məlumatda bildirilir ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, konqresmen Adam Şiff kürsüdə ittiham maddələrini oxuyub.

Məhkəməyə rəhbərlik edəcək Ali məhkəmənin sədr Con Robertslə yanaşı jüri olacaq 100 hakimin təqdim olunan ittihamları qərəzsiz nəzərdən keçirəcəyinə dair and içəcəyi nəzərdə tutulub. Qeyd edək ki, Tramp xidməti mövqeyindən sui-istifadə etməkdə və Konqresin işinə mane olmağa cəhd göstərməkdə ittiham olunur.
239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP