Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Cəbhəçi gənc həbs edildi; onun hara aparıldığı bəlli deyil

Bu dəqiqələrdə AXCP Abşeron rayon şöbəsinin fəalı, AXCP GK -nin üzü Tofiq Dadaşovuun Müşfiq qəsəbəsində kirayə yaşadlğı mənzilə 15 nəfər mülkü geyimli basqın edib. Evdə axtarış apardıqdan sonra, Tofiq Dadaşovun qollarına qandal vuraraq, naməlum istiqamətə aparıbılar. Əvvəlcə böyük qardaşı Şahin Dadaşovu da həbs ediblər, amma sonradan onu sərbəst buraxıblar. Lakin evə basqın edənlər Tofiqi hara paradıqları, həbsin motivi haqda heç nə deməyiblər.

Qardaşının bildirdiyinə görə, Tofiq Dadaşovu həbs edənlər telefon vasitəsilə kiməsə "Cənab general, qardaşı da əlimizdədir, onu da gətirək?" deəy məruzə ediblər və aldıqları cavabdan sonra onu buraxıb, yalnız Tofiqi aparıblar.

Qardaşı Tofiqin aparıldığı maşının dövlət nömrə nişanını da götürə bilib - 10 pn 014.

Tofiq Dadaşov facebook-da fevralın 23-nə Bakıda "Hacıbala Abutalıbova istefa" şüarı ilə aksiyaya çağırış yayıb. Güman olunur ki, onu buna görə həbs ediblər./azadliq.info/
1299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15
"