Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2020

Suriyada 50 terrorçu məhv edildi

Suriyanın İdlib və Hələb əyalətlərində hökumət qüvvələrinin mövqeyinə hücumların gedişatında təxminən 50 terrorçu məhv edilib.

Bu barədə Suriyada Duşmənçilik edən Tərəflərin Barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri Yuri Borenkov bildirib.

Borenkov qeyd edib ki, "Hayat Tahrir Aş-Şam" terror təşkilatının döyüşçüləri yanvarın 16-da axşam İdlib və Hələb əyalətinin bir neçə yaşayış məntəqəsi ərazisində hökumət qüvvələrinin mövqelərinə soxulmağa çalışıblar.

"Hücumların dəf edilməsi zamanı təxminən 50 terrorçu, böyuk kalibrli pulemyotların qurulduğu 7 avtomobil və bir "Cihad mobil" məhv edilib, - deyə o bildirib.
201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP