Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2020

Haftar limanları ələ keçirdi, fövqəladə vəziyyət elan edildi

Liviyada Xəlifə Haftara bağlı qüvvələr neft ixracat limanlarını bağlayıb.

Liviyanın milli neft korporasiyası ölkənin bir sıra limanlarının Liviya milli ordusunun qüvvələri tərəfindən neft ixracı üçün bağlanması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Haftara bağlı qüvvələrin Breqa, Ras Lanuf, Hariqa, Zuveytine və Sidra neft ixracat limanlarını bağladığı bildirilib.

Limanların bağlanmasının gündəlik neft istehsalına 800 min barrel, təxminən 55 milyon dollar zərər vura biləcəyi qeyd edilib.

Qeyd edək ki, bundan öncə Haftar Mistra və Xüms limanlarını ələ keçirmişdi.
253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP