Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

“Şəfa” stadionuna yaxın məsafədə olan evlər söküləcə

“Şəfa” stadionuna yaxın məsafədə olan evlər söküləcək - Cavid Qurbanov
"Azərbaycanda 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa oyunları ilə əlaqədar ilin sonunadək Ziya Bünyadov prospektində işləri bitirib təhvil verməyi nəzərdə tutmuşuq"

Azərbaycanda 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa oyunları ilə əlaqədar ilin sonunadək Ziya Bünyadov prospektində işləri bitirib təhvil verməyi nəzərdə tutmuşuq.

İnterAz xəbər verir ki, bunu “Azəryolservis” ASC-nin rəisi Cavid Qurbanov bildirib.

O deyib ki, yeni tikilən Olimpiya stadionunun yanından Həsən Əliyev küçəsinə keçən yeraltı tunelin tamamlanması və “Şəfa” stadionuna qədər olan məsafədə evlərin sökülməsi, 6 zolaqlı yolun tikilərək başa çatdırılması qarşımızda duran əsas məsələlərdən biridir: “Biləcəri qəsəbəsindəki körpünün genişləndirilməsi, Xocasən dairəvi yolunun Lökbatana qədər olan hissəsinin başa çatdırılması, o cümlədən Şahdağ Qış Kompleksi yaxınlığındakı Ləzə kəndində tunel yolunun tikintisinin, Qəbələ yolunun, Şəki-Qax yolunun axırıncı hissəsinin və Bakı dairəvi yolunun bu il ərzində tam başa çatdırılması planlaşdırılıb.”
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber