Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2020

Bunu etsək, Rusiyada ikihakimiyyətlilik yaranar - Putin

Rusiya güclü prezident respublikası olaraq qalmalıdır və prezidentə məsləhət verəcək hər hansı institutun yaradılması bu üsuli-idarəyə xələl gətirə bilər.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Sirius” təhsil mərkəzində sualları cavablandırarkən deyib.

“Düşünürəm ki, Rusiya kimi ölkədə bu, qəbuledilməzdir. Əgər bizdə prezident yanında belə bir institut yaradılsa, bu, ikihakimiyyətlilik anlamına gələcək. Belə hal Rusiya kimi ölkə üçün fəlakətli ola bilər”, - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, Putin bundan öncə də Rusiyanın parlamentli idarəetməyə keçməsinin məqsədəuyğun olmadığını bildirmişdi.
166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP