Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Sərhəddə gərginlik: 6 əsgər yaralandı

Hadisə yerində olan kənd sakinləri saxlanılan kəndlilərlə birləşərək əsgərlərə hücum ediblər

Türkiyənin İraqla sərhədində əsgərlər hücuma məruz qalıblar.

Hakkari vilayətinin Şemdinli rayonunda türk əsgərlər qanunsuz yollarla İraqa keçən və geri qayıdan kəndlilərin hücumuna məruz qalıblar.

Məlumata görə, Şemdinli rayonu Yeşilova kəndinin bir qrup sakini qohumlarını ziyarət etmək üçün İraqa keçiblər. Sərhədi pozaraq qayıtmaq istəyən kəndliləri sərhədçilər dayandırıb. Onları saxlamaq və əşyalarını müsadirə etmək istəyən hərbçilərlə kəndlilər arasında mübahisə baş verib.

Bu vaxt hadisə yerində olan kənd sakinləri saxlanılan kəndlilərlə birləşərək əsgərlərə hücum ediblər. İzdihamı dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açan əsgərlərə kəndlilər daşlarla və dəyənəklərlə hücum ediblər.

Hücum nəticəsində 6 nəfəri hərbçi olmaqla 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şemdinli dövlət xəstəxanasına çatdırılıblar./anspress/
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:13