Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2020

Müqtəda Sədr Amerika ilə bağlanmış bütün hərbi müqavilələri ləğv etməyi tələb etdi

İraqın dini və siyasi liderlərindən olan və bugünkü milyonluq etiraz aksiyasının dəvətçisi Sədr Hərəkatının lideri Müqtəda Sədr dövlətdən Amerika ilə bağladığı bütün hərbi müqavilələri ləğv etməsini və Amerikanın İraqdakı bütün hərbi bazalarının bağlanmasını tələb edib.

Müqtəda Sədr bəyanatında İraqın yad ölkələrlə münasibətlərində lazımlı olan məsələlərə də toxunub.
Qeyd edək ki, Amerikanın İraqın hakimiyyətinə hörmətsizlik edərək İran İslam İnqilabı Keşikçilər Qvardiyasının Qüds Qüvvələrini komandanı general Qasim Süleymani və İraq Könüllü Xalq Qüvvələrinin komandan köməkçisi Əbu Məhdi Mühəndisi terror etməsinin ardınca Müqtəda Sədr İraq əhalisini Amerika əleyhinə milyonluq aksiyaya dəvət etmişdi. Bu dəvətə İraqın digər ictimai və siyasi qrup və partiyaları da qoşulmuşdu. Cümə günü üçün nəzərdə tutulmuş kütləvi aksiyalar bu gün səhər saatlarından başlayıb.
219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP