Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2020

ABŞ-ın İraqdakı səfirliyi: Amerika vətəndaşları səfirliyə yaxınlaşmasın

İraqda Amerika işğalçılığı əleyhinə milyonluq aksiyaya start verilib. Bunun ardınca Vaşinqtonun Bağdaddakı səfirliyi bəyanat yayaraq amerikalı vətəndaşlara müraciət edib. Müraciətdə deyilir: “Bu gün Bağdadın mərkəzində aksiya keçirilir və bu aksiya çox genişdir. Çoxlu sayda təhlükəsizlik qüvvələri də aksiyanın təhlükəsizliyini təmin edir. Bu üzdən prospektlərin bağlanması gözlənilir.”
Müraciətdə həmçinin deyilir ki, ABŞ-ın Bağdaddakı konsulluğu da öz fəaliyyətini dayandırmışdır.
Bəyanatda bildirilir ki, amerikalı vətəndaşlar səfirliyə yaxınlaşmasınlar.
Qeyd edək ki, bu gün İraqda Amerikanın işğalçılığı əleyhinə kütləvi aksiyalar başlayıb və əhali Amerika hərbi qüvvələrinin bu ölkədən çıxmasını, Amerikanın İraqın daxili işlərinə müdaxilə etməməsini tələb edir.
143 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP