Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2020

Bakıda avtobus qəzası: yaralılar var - Foto

Bu gün səhər saatlarında 107 nömrəli xətt üztə hərəkət edən marşrut avtobusu qəzaya uğrayıb.

Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

Baş vermiş qəza ilə bağlı məlumat yayn Bakə Nəqliyyat Agentliyindən bildirilib ki, qəzaya səbəb olan 90 JL 290 dövlət qeydiyyat nişanlı avtobus “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan marşrut olub.

Belə ki, şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsini idarə edən sürücü idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin xəsarət aldığı bildirilir.
153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP