Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Ukraynada mayın 25-nə prezident seçkiləri təyin edilib

Ukrayna Ali Radası Viktor Yanukoviçi hakimiyyətdən kənarlaşdırıb, mayın 25-nə prezident seçkiləri təyin edilib -
Spiker: “Yanukoviç telefon söhbətində istefa verməyə razılaşsa da, sonradan sözündən qaçdı”

Ukrayna Ali Radası “Ukrayna prezidentinin konstitusion səlahiyyətlərinin icrasından kənarlaşdırılması haqqında” qərar qəbul edib.

Ukrayna mətbuatının xəbərinə görə, qərarın lehinə 328 deputat səs verib.

Qərara əsasən, Ukraynada növbəti prezident seçkiləri mayın 25-nə təyin edilib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna prezidenti Viktor Yanukoviç “112 Ukraina” telekanalına müsahibəsində ölkəni tərk etmədiyini və istefa vermədiyini bəyan edib: “İstefa verməyəcəyəm və ölkəni tərk etməyəcəyəm. Danışıqlar apardığımız beynəlxalq vasitəçilər mənim təhlükəsizliyimə təminat veriblər”.

Ali Radanın sədri Aleksandr Turçinov iclasda bildirib ki, saat 14:00 radələrində Viktor Yanukoviçlə telefon əlaqəsi qurulub: “Bir neçə deputatın müşahidəsi altında Arseni Yatsenyuk ona istefa verməyi təklif etdi. O razılaşdı. Lakin sonradan, görünür, başqa adamlarla məsləhətləşərək sözündən qaçdı. Onun mətbuat xidməti isə məlum videoçarxı yaydı”.

Qeyd edək ki, Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri Frank-Valter Ştaynmayer, Erik Furnye və Radoslav Sikorski hazırda Ukrayna parlamentinin binasındadır.
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09
05 dekabrda gözl