Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Venesuelada etirazçılarla polis arasında toqquşmalar olub

Venesuelanın paytaxtı Karakasda etirazçılarla polis arasında toqquşmalar baş verib.

BBC-nin verdiyi xəbərə görə, nümayişdə on minlərlə adam iştirak edib.

Xəsarət alanlar var, nümayişçilər polisə daş atıblar, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib.

Paytaxtın müxtəlif bölgələrində və digər şəhərlərdə prezident Nikolas Maduronun tərəfdarlarının mitinqləri keçirilib. Nikolas Maduro müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edir.

Müxalifət, öz növbəsində, hökuməti yüksək inflyasiya və ölkədə tüğyan edən cinayətkarlığa görə günahlandırır. Tərəflər iğtişaşlar zamanı ən azı on nəfərin öldürülməsinə görə məsuliyyəti bir-birlərinin üzərinə qoyurlar./apa/
1150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı