Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Dövlət sirrinin yayılmasında təqsirli bilinərsə 7 ilədək həbs cəzası kəsiləcək

«Jurnalisti susdurmaq üçün aparılan çirkin kampaniyaya son qoyulmalıdır»

Baş ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi jurnalist Xədicə Ismayıla qarşı təqiblərdən narahatdır. Qurum xatırladır ki, rəsmən ittiham irəli sürülməsə də, jurnalistə ölkədən çıxmaq qadağan olunub:
“Əgər Xədicə Ismayıl dövlət sirrinin yayılmasında təqsirli bilinərsə, onu 7 ilədək həbs cəzası gözləyir. Hökumətin Xədicə Ismayıla qarşı bu hərəkəti dövlət KIV-lərindəki böhtan kampaniyası fonunda baş verir. Fevralın 12-də hökumətyönlü ”haqqın.az" saytında dərc edilən məqalədə Xədicə Ismayıl ABŞ-ın agenti adlandırılıb. Jurnalist guya MTN-nin informatorları olan müxalifət fəallarının adlarını Bakıda ABŞ Konqresinin əməkdaşlarına ötürüb. Xədicə Ismayıl və ABŞ-ın Bakıdakı səfirliyi bu ittihamları rədd ediblər. Lakin digər hökumətyönlü qəzetlər həmin məqaləni dərhal təkrar dərc ediblər. Müstəntiq jurnalistə dövlət sirrini əcnəbilərə ötürdüyünü deyib.
Jurnalist özü hesab edir ki, onu korrupsiya ilə bağlı araşdırmalarına görə cəzalandırmaq istəyirlər".
JMK-nın Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Nina Oqnyanova bildirib ki, bu, X.Ismayılı susdurmaq üçün çirkin kampaniyadır və buna son qoyulmalıdır: “Məmurlar cəsur, müstəqil jurnalisti susmağa məcbur etmək üçün hökumətyönlü KIV-dən istifadə edirlər. Biz Ilham Əliyev hökumətini bu cəhdlərə son qoymağa çağırırıq”(Turan).
1135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat