Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Azərbaycanın şimalında fövqəladə vəziyyət

Qusarda 6 min manat oğurlayan qarətçi ilə əlbir olan şəxslər meşədə polisləri güllələdilər; şəhərin giriş-çıxış qapılarında postlar qurulub, qatillər axtarılır, əhali təşviş içindədir
Azərbaycanın Rusiya ilə sərhəd rayonunda - Qusarda silahlı insident baş verib. Belə ki, oktyabrın 16-sı, saat 08.00 radələrində Qusarda naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Edik Rüstəmov saxlanılıb.
Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün rayon polis şöbəsinin əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıb. Bu zaman orada E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş - Mövlud Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qusar Rayon Polis Şöbəsindən bildirilib ki, polis əməkdaşları Mövlud Əliyev və Cəmil Nəsirovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Onların vəziyyətinin stabil olduğu bildirilir. Yaralanan polis əməkdaşlarını əməliyyat etmək üçün bölgəyə DİN-in peşəkar həkim briqadası ezam olunub.
Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib. Hadisə yerindən qaçan həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumata görə, Qusarın bütün giriş-çıxış yollarına polis postları qurulub. Postlarda əli avtomatlı polis əməkdaşları dayanıblar. “Azadlıq” radiosunun müxbiri yaralı polislərdən ikisinin Bakıya yola salındığını bildirir.
Aznews.az saytı isə hadisə ilə bağlı fərqli versiya irəli sürüb. Saytın yazdığına görə, insident naməlum şəxsin polis əməkdaşlarına hücumu nəticəsində baş verib. Başqa bir məlumata görə isə polis rayon ərazisində vəhabilərə qarşı əməliyyat keçirib. Sayt iddia edir ki, Qusarda vəhabilərlə polis əməkdaşlarının arasında yaşanan olaylardan sonra əhali həyəcan içindədir.
AzNews.az əməkdaşının rayondan verdiyi məlumata görə, əhali hadisələrin təkrarlanacağından narahatlıq keçirir.
Şəhərdə müxtəlif şayiələr yayılıb ki, bu da əhalini daha da narahat edir. Bəzi şəxslər vəhhabilərin daha böyük qüvvə və silahla yenidən rayona qayıdacağını bildirir. Digər məlumata görə, həlak olan polis mayoru Qalib Quliyev ötən il Zaqatalada vəhabilərə qarşı keçirilən əməliyyatda yaralanmışdı. Qusardakı mənbədən redaksiyamıza verilən xəbərdə isə axtarışda olan şəxslərin vəhabi olması xəbəri təsdiqlənmədi.
Sabiq polis rəisi Mahmud Hacıyev isə Qusar polisinin bu əməliyyatını qeyri-peşəkarlıq hesab edir. M.Hacıyev qəzetimizə açıqlamasında öz fikirlərini bölüşdü:
“Qeyri-peşəkar bir əməliyyat keçirilib. Bu şəxs ağır cinayət törədib, silahlı basqın edib və onun polisi hara aparacağı əvvəlcədən məlum deyil.
Bəlkə polisləri tələyə aparırdı? Buna əvvəlcədən hazırlıq görülməli, əməliyyat tədbirlərinin ən incə detallarına diqqət olunmalı, təhlükəsizlik tədbirləri görülməliydi. Yoxsa qatı cinayətkarın qollarını qandalla, sal qabağına, o hara deyirsə, arxasınca get, bu, qeyri-peşəkar əməliyyatdır".
M.Hacıyevin sözlərinə görə, bu əməliyyatda əvvəlcədən planlar qurulmalıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a bildirdi ki, axtarışda olan şəxslər cinayət törədib: “Onlar cinayətkardır, hansı dinə xidmət etdiklərinin buna nə dəxli var? Bizdə onların hansı dinə qulluq etmələri barədə məlumat yoxdur. Rəsmi məlumat açıqlanıb, əməliyyat tədbirləri davam etdirilir”. E.Zahidov peşəkar əməliyyat-istintaq qrupunun yaradıldığını söylədi. /musavat.com
1584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09