Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Şimali Koreya BMT-nin hesabatını yalan və uydurma adlandırıb

Şimali Koreyanın Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi BMT komissiyasının Şimali Koreyada insan haqlarını pozması haqqında araşdırmalarını yalan adlandırıb. Şimali Koreyanın xarici siyasən idarəsi bildirib ki, BMT komissiyasının nəticələrini qəbul etmir və bu komissiyanın mövcudluğunu da heç vaxt qəbul etməyib.

“Şimali Koreya bu məruzəni qəti olaraq rəd edir. O Koreya xalqının həqiqi həyatı haqqında təsəvvürləri təhrif edir və yalanla doludur.Məruzə düşmən qüvvələri və dövlətə qarşı cinayətlər törədib ölkədən qaçan cinayətkarlar tərəfindən qəsdən hazırlanıb”,-deyə Koreya Dövlət Teleqraf Agentliyinin məlumatında bildirilir. BMT-nin hesabatının Beynəlxalq Cinayətlər Məhkəməsində baxılmasını Şimali Koreya “ölkənin adını qaralamaq üçün siyasi motivli provakasiya” adlandırıb.

Xatırladaq ki, BMT komissiyası bazar ertəsi günü Şimali Koreyada insan hüquqlarının pozulmasına dair 372 səhifəlik məruzə təqdik edib.
1198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49