Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2020

Rusiya əcnəbilərin vətəndaşlıq alma prosedurunu asanlaşdırır –Qanun layihəsi hazırlanır

Rusiya əcnəbilərin vətəndaşlıq alma prosedurunu asanlaşdırmağı planlaşdırır.

Bu barədə “Kommersant”a qanun layihəsini hazırlayan işçi qrupundan bildirilib.

Hökumət tərəfindən hazırlanan yeni qanun layihəsinə görə, əcnəbi vətəndaşlar öz pasportlarından imtina etmədən Rusiya vətəndaşlığını ala biləcəklər.

Dövlət Dumasının yaz sessiyasında qanun layihəsinə baxılacağı bildirilib.

Bundan başqa, yeni qanun layihəsinə bir sıra əlavə və dəyişikliklər də gözlənilir.

Dumanın MDB, Avrasiya inteqrasiyası və Həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun sözlərinə görə, yeni qanunda Rusiya vətəndaşlığı almaq üçün 5 il fasiləsiz Rusiya ərazisində yaşamaq və qanuni gəlirlərin mənbəyinin göstərilməsinin təsdiqi kimi məcburiyyətlərin aradan qaldırılması planlaşdırılır. Qanun layihəsi üzərində iş artıq yekunlaşmaq üzrədir.

Onun Federal Təhlükəsizlik Xidməti, Prezident Administrasiyası və Təhlükəsizlik Şurası ilə razılaşdırıldığı bildirilib.

Qeyd edək ki, Rusiyada dövlət miqrasiya siyasəti Konsepsiyasının reallaşdırılması üzrə işçi qrup Prezident Vladimir Putinin sərəncamı ilə 2019-cu ilin martında yaradılıb. İşçi qrupun əsas vəzifəsi 5 milyondan 10 milyona qədər əcnəbini Rusiya vətəndaşlığına qəbul etməkdir.
285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP