Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2020

Rusiyanın pilotsuz sualtı qayıqlar...

Rusiya dünya hərb tarixində ilk dəfə olaraq pilotsuz sualtı qayıqların kütləvi istehsalına hazırlaşır.

Bu barədə “Forbes” jurnalı məlumat verib. Məlumatda qeyd olunur ki, robot texnologiyasına kütləvi keçid əsrində Rusiyanın bu qəbildən olan sualtı qayıqlar düzəltmək üçün kifayət qədər texnoloji imkanı mövcuddur. Rusiyanın ənənəvi rəqibi olan ABŞ-ın hələ ki, pilotsuz sualtı qayıq yaratmaq imkanından uzaq olduğunu vurğulayan məqalə müəllifi hesab edir ki, Rusiyanın pilotsuz qayıqlara keçidi onun Birləşmiş Ştatlar qarşısında böyük üstünlüyü olacaq. Hazırda isə ABŞ həm sualtı qayıqlara, həm də onların heyət sayına görə Rusiyadan qabaqdadır.

Rusiyanın son vaxtlar “Poseydon” dronları və daha bir sıra müasir raket sistemləri ortaya qoyduğuna diqqət çəkən jurnal, “qiyamət silahları”na malik Rusiyanın hərbi sənayenin inkişafında çox böyük uğurlar əldə etdiyini vurğulayıb.
317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP