Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2020

Hər gün 2 ədəd yumurta yeməyin orqanizmə faydaları...

Yumurta əsrlərdir səhər qidası üçün əvəzsiz və populyar qidadır. Təəssüf ki, böyük insanlar artıq səhərlər yumurta yeməyi unudur və ya onu sadəcə yağda qızardıb yeməyə üstünlük verir. Halbuki yumurta suda bir qədər bişirilib yeyilməlidir.

Hər gün 2 ədəd yumurta yeməyin orqanizmə bu faydalarını oxuduqdan sonra fikrinizi dəyişəcəksiz.

1. İmmunitetiniz möhkəmlənəcək

– çünki yumurtada 59% selen norması, A vitamini, dəmir vardır. Bu maddələr birləşməsi immunitet üçün hava, su kimi lazımdır. Xüsusən qış aylarında günə 2 yumurta qaydasına əməl edin ki, viruslara qarşı immunitetiniz olsun

2. Gözləriniz itiləşəcək

Yumurta antioksidantlarla zəngindir, lütein və zeaksantinlə boldur, eləcə də onda Omeqa 3 var.

Məhz bu maddələr görmə torunu qopmaqdan, zədələnməkdən qoruyur, gözlərin sağlamlığının qeydinə qalır. Xüsusən məktəbli və tələbələr səhərlər 1 ədəd yumurta mütləq yeməlidir.

3. Dəri, dırnaq və saçlarınız möhkəmlənəcək

Yumurta B12, B5, biotin, riboflavin, selen ilə zəngindir. Yumurta yedikdə dəriniz, saçlarınız elastik, yumşaq olacaq, sərbəst radikallardan təmizlənəcək.

4. Beyni aktivləşdirir

Məhz yumurtada xolin adlı maddə var ki, başqa heç bir qidada tapmayacaqsınız. Yumurta heç yeməyənlərdə xolin olmur. Xolin beyin hüceyrə membranını qoruyur, yaddaşı, intelekti gücləndirir. Ona görə keçmişdə ağına bozuna hərəkət edib danışanlara “get yumurta iç” deyirdilər.

5. D vitamini ehtiyatını artırır

Xüsusən qışda bu vitamin əsklilyi çoxalır, D vitamini az olduqda sağlamlığımız geri gedir.
BU vitamin sümüklər, dişlərin kalsium ilə təminatında da vacibdir.

6. Qalxanvari vəzin işini tənzimləyir, zob yaranması və sonsuzluğa qarşıdır

Xüsusən hamilə olmaq istəyən qadınlar və ata olmaq istəyən kişilər hər gün 2 ədəd yumurta yeməlidir

7. Xəstəlikdən, ağır işdən və idmandan sonra bədəni bərpa edir

Yumurta təmiz zülaldır, zülal isə tikinti materialımızdır. Əzələləri bərpa edir, boşalmağa qoymur, güc verir.
295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP