Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyətinin BMT-nin İnsan Haqları Şurasına ünvanlanmış bəyanatı

Salam!
Azərbaycan Respublikası əhalisinin 70%-dən çoxunu şiə müsəlmanlar təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycan məntəqədə ikinci böyük şiə dövlətidir. Bu ölkə əhalisi İslam dinini qəbul etdikdən sonra uzun illər alimlər, dini mərcələr yetişdirib və İslam dünyasına, xüsusi ilə şiə aləminə təqdim edib. Azərbaycan məntəqədə islami, insani düşüncənin inkişafında mühüm rol oynayıb.
Müsəlman Azərbaycan xalqı 70 il kommunistlərin hakimiyyəti, təzyiqləri və anti-din təbliğatlarına baxmayaraq öz dərin dini etiqadını, inqilabi şiə mədəniyyətini, əxlaqi və insani dəyərlərini qoruyub saxladı. Bu zəmində dini və insani dəyərlərin qüvvədə saxlanılması, insan haqqları, azğınlıq, zülm-fəsadla mübarizə din alimləri, mütəfəkkirlər və müsəlman Azərbaycan xalqının hədəflərindən olub.
Rusların hakimiyyəti dövründəki acı xatirələri unutmamış Azərbaycan xalqı Əliyevlərin hakimiyyətə gəlməsi ilə yenidən anti-din addımlar və daha şiddətli ədalətsizliklərlə üzləşdi. Dini, əqidəvi dəyərlərin məhv edilməsi, insani dəyərlərin aradan qalxması, azadlığa son qoyulması, zülm və qanunsuzluqların artması, maddi və mənəvi mənbələrin qarət olunması, Azərbaycan xalqının ibtidai insan haqqlarından belə məhrum edilməsi, bu müsəlman xalqın Əliyev hakimiyyəti dövründə başına gətirilmiş müsibətlərdəndir.
İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinə və Avropa İnsan Haqqları Konvensiyasının 9-cu maddəsinə əsasən, hər bir fərd istədiyi dini inanca sahib ola bilər və öz dini əqidəsini açıqlaya bilər.
Digər tərəfdən Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndində qeyd edilir: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.” 26-cı maddə də qeyd olunur ki, hər kəs qanuni yolla öz hüquqlarının müdafiəsinə qalxa bilər. Həmçinin bildirilir: “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.”
Təəssüflər olsun ki, son illərdə öz qanuniliyini itirmiş Azərbaycan hakimiyyəti xalqa məxsus maddi mənbələri, təbii sərvətləri qarət edir, beynəlxalq qanunları kobud şəkildə ayaq altına alır və müsəlman xalqın istənilən bir etirazına vəhşiliklə cavab verir.
İslamafobiya, dini, məzhəbi baxışlarla mübarizə, vətəndaş hüquqlarının kobud şəkildə pozulması, fərdi, ictimai azadlığın aradan qalxması, anti-din, əxlaq normalarına qarşı olan mədəniyyətin yayılması, din əleyhinə hücumların çoxalması müsəlman, şiə Azərbaycan xalqına yönəlmiş addımlardır.
Xatırladaq ki, Azərbaycanda digər məzhəb və dinlərə geniş yer verilir. Məsihilər, yəhudilər, dinsizlər, hətta sələfilər hakimiyyətin dəstəyi ilə öz fəaliyyətlərini davam etdirirlər.
Azərbaycanın hazırkı qanunlarına əsasən, azəri müsəlman ruhanilər müxtəlif seçkilərdə namizəd olmaq hüququna malik deyillər. Şiə partiyaları dövlətin müxtəlif qanunsuzluqları ilə üzləşir. Onlar televiziya kimi ümumi təbliğat vasitələrindən istifadədən məhrumdurlar. Bir halda ki, Azərbaycanda anti-şiə təbliğatı rahat və geniş şəkildə aparılır. Şiə fəallar müxtəlif və ağlasığmaz ittihamlarla uzun müddətə həbs edilir.
Hətta Azərbaycanın tanınmış, fəzilətli din alimləri dini təbliğat və ya zülm-sitəmə etiraza görə həbs edilərək dözülməz işgəncələrə məruz qalır. Bəzi hallarda onlar bu işgəncələr səbəbindən hayatını itirir. Son vaxtlar Azərbaycanda onlarla din alimi, ruhani həbs edilib, qətlə yetirilib.

Həbs olunanlar arasında İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov da var. O milli və dini dəyərləri müdafiə etdiyi üçün həbs edilib. Hacı Mövsüm Səmədov bir məhbus olaraq ən adi insan hüquqlarından məhrum olunub. Ailə ilə görüş, müalicə kimi imkanlardan da istifadə edə bilmir. Həmçinin Hacı Abgül Süleymanov, Hacı Tale Bağırov, Hacı Vaqif Abdullayev, Novruz Əliyev və digər bir çox din alimləri və din fəalları, hicab müdafiəçiləri əsassız ittihamlarla rejimin zindanlarında ağır şəraitdə yaşayırlar..
Hakimiyyət ölkə qanunlarına zidd olaraq orta məktəblərdə hicabı qadağan etdi və bu vasitə ilə Azərbaycan müsəlman əhalisinin dini və milli dəyərlərinə, inanclarına qarşı müharibəyə başladı.
Hakimiyyət indiyədək onlarla şəxsi bu qadağaya qarşı mübarizə apardıqları üçün həbsə alıb.
Mərhum Vaqif Abdullayev kimi islamçıları zindana atıb, qətlə yetirib. Bu həbs və qətllərin yeganə səbəbi uyğun şəxslərin hicab qadağası ilə mübarizəsi və hicab kimi ali bir dəyəri müdafiə etmələri olub. Hicab qadağası həyata keçirildikdən sonra bir çox hicablı qadınlar pasportsuz qalıb, onlar xarici ölkələrə səfərdən məhrum olublar. Bir çox hicablı tələbələr məktəblərdə təhsildən məhrum olublar. Dövlət idarələrində, məktəblərdə, üniversitetlərdə hicablı şəxslər üçün yaradılan problemlər, maneələr Azərbaycan Respublikası konstitusiyasının 25-ci maddəsinin tam əleyhinədir.
Hakim rejim söz azadlığını tapdayır, jurnalistlər üçün hər an təhlükə var, xalqın dinc aksiyada iştirak etməsi qadağan edilib, siyasi, dini fəallar, liderlər işgəncə edilir, qətlə yetirilir.
O cümlədən Elmar Hüseynov rejim tərəfindən rejimin əleyhinə olduğu üçün qətlə yetirildi. Siyasi və mədəni fəallar arasında bir çoxları həbsə alınıb. Bütün bunlar müsəlman Azərbaycan əhalisi üzərində hakim rejimin törətdiyi cinayətlərin, zülmlərin nümunələrindəndir.
Son illərdə bəzi media və siyasi fəallar şübhəli şəkildə qətlə yetirilib.
İctimai birliklərin fəaliyyətinə, ictimai toplantıların, yığıncaqların keçirilməsinə böyük məhdudiyyətlər qoyulur. Ölkədə seçkilər şəffaf və qanuni keçirilmir. Hakim rejim tərəfindən insan hüquqlarının bu şəkildə təkrar-təkrar tapdanması dəfələrlə İnsan Hüquqları Müdafiə Komitəsinin işçiləri tərəfindən qeydə alınıb. Avropa Birliyinin nümayəndələrinin hakim rejimin diktatorluğu əleyhinə etdiyi etirazlar Azərbaycan xalqına olan zülmlərin, cinayətlərin beynəlmiləl təşkilatlar tərəfindən məhkum olunmasının nümunələrindəndir.
Azərbaycanda mövcud zalım rejimin siyasəti ölkəni qarət etmək, əhali arasında qorxu yaratmaq, dini və siyasi müxalifləri qətlə yetirmək, ölkədəki hər bir yüksək dini və insani dəyərləri tapdamaqdır.
Azərbaycanda həbsə alınmış dini və siyasi məhbusların son siyahısı:

Abgül Süleymanov, Tale Bağırov, Azər nəzərov, Araz Quliyev, Asəf Fərəcov, Ağaəli Yəhyayev, Anar Qasımlı, Aydın Məmmədov, Elman Quliyev, İbrahim Sadıqov, Əbülfəz Zəkiyev, İdrak Seyfullayev, İdrak Manafov, Əfqan Abbasov, Seyid Elburus İbadov, Elçin Fizuli oğlu, Elçin Qədimov, Elçin Kərimov, Elçin Məmmədov Fizuli oğlu, Elçin Məmmədov Əlisəfa oğlu, Eldar Babayev, Elsəvər İsayev, Elşən Həşimov, Elmar Səmədov, Elnur İsmayılov, Elnur Həsənov, İlham Hətəmov, İlham Həsənov, İlham Ələkbərov, Ayaz Abbasov, Ülfət Qasımlı, İlkin Məhərrəmov, Bayraməli Vəlişov, Bəxtiyar Ağayev, Bəkir Süleymanov, Bəhram Həşimov, Türkel Rəsulov, Tərlan Ağadadaşov, Telman Şıxəliyev, Cavid Məmmədov, Ceyhun Həbibov, Ceyhun Quliyev, Hacı Əliyev, Həsrət Cəlilov, Həmidağa Ələkbərov, Xalid Kazımov, Xəyal İbadov, Dadaş Vəliyev, Davud Xudaverdiyev, Davud Kərimov, Dəyanət Səmədov, Rauf Əbilov, Rauf Qəniyev, Rauf Salehov, Rahim Qasımov, Rasim Əliyev, Ramiz Manafov, Ramil Əliyev, Ramil Mehdiyev, Ramin Vəliyev, Rəşad Sultanov, Rza Ağalı, Sahil Rzayev, Ruhid Abbasov, Rövşən Allahverdiyev, Rövşən Zülfüqarov, Rüfət Qasımlı, Rüfət Miriyev, Zahid Məmmədov, Səxavət Quliyev, Turab Ağayev, Seymur Aslanov, Seymur Bağlı, Seymur Zeynalov, Seymur Qasımov, Mirseymur Hüseynov, Şahin Məmmədov, Ziya Tahirov, Taleh Rəsulov, Zöhrab Quliyev, Arif Fəthəliyev, Əzim Süleymanov, Əli Bəşirov, Əli Hüseynov, Elmixan Hüseynov, Fariz Bayramov, Fəramiz Abbasov, Firdovsi Məmmədrzayev, Fərhad Quliyev, Fərid Əliyev, Hacı Qismət, Gülhüseyn Nuriyev, Mübariz Əliyev, Mövsüm Səmədov, Məhəmməd Qəmbərov, Məhəmmədtəqi Zəkiyev, Məşhədi İlkin, Mirdadaş Quliyev, Mirzəbala Rəşidov, Mirəliəskər Ağayev, Namiq Kişiyev, Nicat Əliyev, Nüsrət Cəlilov, Nizami Məmmədov, Nofəl Məmmədov, Niyazi Kərimov, Elman Təqiyev, Vüsal Cəfərov, Vüsal Quliyev, Vüqar Şıxəliyev, Hilal Məmmədov, Yusif Mirzəyev, Rauf Qonağov, Nizami Quliyev, Həsən Xudaverdiyev, Zahid Ləlkişiyev, Müşfiq Amanov, Ceyhun Nəbiyev, Elşad Rzayev, Röyal Əsgərov, Bəxtiyar Qurbanov, Anar Məlikov, Xudaverdi Abdullayev, Rəşad Ramazanov, Vahid Ləlkişiyev, Elçin Quliyev, Seyid Nəsimi Həsənov, Rövşən Əhmədzadə, Ceyhun Səfərəli, Qorxmaz Camalov, Elvin Nəsirov, Səfər Mamedov, Emin Tofiqli, Musarza Heydərov, Fərid Ağayev, Ceyhun Əliyev, Rəşad Əliyev, Səid Dadaşlı, Samir Qocayev, Böyükbala Quliyev, Mikayıl İdrisov, Rasim Kərimov, Cahangir Kərimov, Əmin Mehbalıyev,
BMT İnsan Haqqları Şurası
Biz “Dünya Müsəlman Azərilərinin Hüquqlarının Müdafiə Komitəsinin” üzvləri olaraq insan hüquqları bəyannaməsinin sülhə, azadlığa çağırdığını, cəmiyyətlərin inkişafına zəmanət verdiyini, təhlükəsizliyə çalışdığını və bəşəriyyətin hər tərəfli inkişafını istədiyini qəbul edirik, buna inanırıq. Bu səbəbdən biz Azəbaycan Respublikası müsəlman xalqına olan zülmü və İlham Əliyev rejiminin ədalətsizliklərini nəzərə alaraq bu ölkədə insan hüquqlarının gerçəkləşməsi, zülmün, ədalətsizliyin aradan götürülməsi, bütün siyasi və dini məhbusların, ictimai fəalların azadlığı və ölkənin müsəlman əhalisinin insani və ilahi ləyaqətinin qorunması üçün İnsan Hüquqları Şurasının qanunları çərçivəsində Azərbaycana hakim zalım rejimi qanunlara riayət etməyə, yuxarıdakı tələbləri yerinə yetirməyə çağırmağınızı istəyirik.


Dünya Müsəlman Azərilərinin Hüquqlarının Müdafiə Komitəsi
1828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26