Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2020

Beynəlxalq saytların hiyləgərliyi ilə hazırlanmış xəritə -Yolsalma Təşkilatı Qondarma Qarabağ Respublikası adını islah etdi

İran Yolsalma Təşkilatının Yollar İdarəçiliyi Mərkəzinin müdir müavini deyib: “Xarici onlayn xəritələri qondarma Qarabağ Respublikası adını xəritəyə salmışdı. Bunu bildikdən sonra xəritədə düzəliş etdik.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Yolsalma Təşkilatının Yollar İdarəçiliyi Mərkəzinin müdir müavini Mujqan Cəliliyan Yollar İdarəçiliyi saytının xəritəsində qondarma Qarabağ Respublikası adının dərc olunmasına münasibət bildirərək deyib: “Ölkənin Yollar İdarəçiliyində işlədilən xəritələr üçün xarici online və offline açıq qat xəritələrdən istifadə olunur. Online xəritələrin qarşısını almaq mümkün deyil və hansısa coğrafi ad ya məkanın adının dəyişdirilməsindən hadisənin baş verməsindən sonra xəbər tutmaq olur.
Beynəlxalq layihəçilərinin əli ilə həyata keçən bu hiyləgər dəyişdirilmələrlə mübarizə aparmaq üçün daxili şirkətlərin köməyi ilə yerli offline xəritələr hazırladıq. Əlbəttə, sözsüz ki, onların da baza və əsasları xarici açıq qat xəritələrdir.”

Mujqan Cəliliyan hiyləgərlik edən xəritələrə işarə edərək deyib: “Xəritədə xarici açıq qat layihələrindən istifadə etdiyimiz təməllərdə qondarma Qarabağ Respublikası adı dərc olmuşdu. Bu təməllər ölkə daxilinə aid olmadığı üçün onu görməmişdik və elə buna görə də onun üzərində həssaslıq da yaranmamışdı. Bu səhv, mərkəzə xəbər verilən kimi offline xəritələrdə bizim üçün yaranan imkanlara diqqət etməklə, ən tez bir vaxtda bu qondarma ada düzəliş verdik və bu səhvin bir daha təkrar olması mümkün deyil.”
Cəliliyan əlavə edib ki, beynəlxalq xəritələrdə belə hiyləgərlik mövcuddur, lakin biz yerli və offline xəritələrdə bunu islah etmişik.
Qeyd edək ki, Azərbaycan Respublikasına aid işğal edilmiş Qarabağ məntəqəsinin müstəqilliyi heç bir ölkə, hətta işğalçı Ermənistan tərəfindən də rəsmi olaraq tanınmır.
254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP