Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyətinin Ayətullah Sistaninin Mövqeyi Barədə Bəyanatı

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyətinin, Ayətullah Sistaninin Mövqeyi Barədə Bəyanatı

Rəhman və Rəhim Allahın adı ilə

Böyük təqlid mərcəsi Ayətullah Üzma Sistani cənablarına (sayəsi üzərimizdən əskik olmasın)

Salam

Azərbaycan Respublikası əhalisinin 98%-i müsəlmandır. Müsəlmanların isə 70%-dən çoxunu 12 imamçı şiələr təşkil edir. Azərbaycan xalqı İslam dinini özləri üçün ən üstün dəyər və din seçib və bununla fəxr edirlər. Azərbaycan Respublikasının tarixinə nəzər saldıqda İslamın onun əsas kimliyi olduğunu müşahidə edirik. Bu ölkə Sovet İttifaqının dəmir hasarları arxasında məhbus olmamışdan öncə İslam dünyasına böyük alimlər bəxş edib. O cümlədən:
Şəhriyar Məlik Şərəf, mərhum Şəhid Şeyx Ğəni Badkubei, fəlsəfə və ürfan ustadı mərhum Ayətullah Seyid Hüseyn Badkubei, böyük fəqih və əməl sahibi olan alim mərhum Mirza Əbdülğəffar Ordubadi, Ayətullah Seyid Məhəmməd Badkubei (Qafqazın Molla Sədrası kimi tanınan bir şəxs) və digər böyük şəxsiyyətlər.
Bəli Azərbaycan Respublikası dünyanın ikinci şiə ölkəsidir. Münəccim Yəzdinin dediyi kimi şirvanlılar arasında şiəlikdə məşhurdur. Bir vaxtlar elm, ədəd, vəfa və dinin beşiyi olub. 70 illik küfr, dinsiz Sovet hökuməti parçalandıqdan sonra qeyrətli Azərbaycan xalqı din əsasları üzərində aram həyat qurmağa çalışdılar. Lakin qərb istismarçıları, kibirli dövlətləri bu xalq üçün başqa bir proqram hazırladı və kimlərsə bu proqramı icra etməyə başladılar.
Azərbaycanda dövlət başçıları bu əhalinin dini və milli keçmişini, kimliyini unudaraq müsəlman əhalinin dini etiqadlarına, inanclarına qarşı müharibəyə başladı. Onlar bu yolda din əleyhinə bir çox addımlar atdılar. O cümlədən:
Məscidləri bağlamaq, məscidləri sökmək, minarələrdən azan səslərinin yayılmasına qadağa, pasportda hicablı şəkilə qadağa, televiziya kanallarında dini proqramların yayımına qadağa, hərbi hissələrdə namazın qadağa edilməsi, dini-elmi hövzələrin tikilməsinə, istifadəyə verilməsinə qadağa, Azərbaycanda böyük təqlid mərcələrinin dəftərxanalarının açılmasına qadağa, hicab qadağasına etiraz edən dindarları həbs etmək, onları uzun müddət zindanlarda, ağır şəraitdə saxlamaq. Eurovision kimi əxlaqsız müsabiqələrin keçirilməsi və…
Vəhhabiliyin , məsihiliyin, bəhailiyin, Türkiyə nurçularının və bir çox azğın məzhəblərin rəvac tapması qərbin və onların daxili muzdurlarının dinə qarşı olan fəaliyyətlərindəndir.
Sizin görüşünüzə gəlmiş bir qrup azərbaycanlı ziyarətçilərə “Mənim salamımı əsarətdə olan mübarizlərə çatdırın və onlara deyin ki, gecə ibadətlərində onlara dua edirəm” deməniz dini müdafiə etdikləri üçün zindana salınmışlar üçün təsəlli və bütün Ali-Məhəmməd yetimləri üçün ümid səbəbi oldu.
“Böyük bəla” gününün nümunələrindən olan belə bir gündə, hamımızın çətinlikdə, imtahanda olduğumuz bir zamanda Azərbaycan Respublikasında baş verənləri izlədiyiniz və hicab məhbuslarını müdafiə etdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Sizin üçün uca Allahdan uzun və izzətli ömür istəyirik.

Vəssəlamu ələykum rə rəhmətullahi və bərəkətuh

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Komitəsi
1818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı