Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2020

Ronaldonun rekordu qırılıb

İspaniya La Liqasının XXIII turu “Real”ın tarixinə yeni rekordçunun düşməsi ilə əlamətdar olub.

“Osasuna” üzərində 4:1 hesablı səfər qələbəsinə məhsuldar ötürmə ilə töhfə verən Kərim Benzema Madrid təmsilçisinin heyətində 132-ci assistini rəsmiləşdirib.

2009-cu ildə “Lion”dan transfer olunan fransalı bu göstəricidə klub tarixinin rekordunu yeniləyib. O, Kriştianu Ronaldonu (131) arxada qoyub.

Bu qələbə Zinəddin Zidanın La Liqada “Real”la 88-ci uğuru olub. 2016-18-ci illərdə çalışdığı komandaya ötən ilin əvvəlində qayıdan mütəxəssis bu göstəricidə portuqaliyalı Joze Mourinyonu (87) keçib.

Qələbədə qolla pay sahibi olan Serxio Ramos isə “Real”ın heyətində 90-cı qolunu vurub. 2004-cü ildə “Sevilya”da oynadığı vaxt qol hesabını açan müdafiəçi son 17 təqvim ilində qol sevinci yaşayan yeganə futbolçudur.
288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP