Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2020

Tehranda Suriya ilə bağlı İran-Türkiyə-Rusiya üçtərəfli görüşü keçiriləcək

Tehranda Suriyada baş verən son hadisələrlə bağlı İran-Türkiyə-Rusiya ölkələrinin birgə iclası baş tutacaq.
Türkiyə Xarici İşlər Nazirliyi bu gün (cümə axşamı) sözügedən xəbəri təsdiq edərək deyib ki, üçtərəfli görüşün keçirilmə vaxti ilə bağlı hər üç ölkə arasında müzakirə aparılır.
Rusiyanın “TASS” xəbər agentliyinin bildirdiyinə görə, Türkiyə XİN bu barədə deyib: “Üç tərəf iclasın vaxti ilə bağlı razılığa gəlməyə təlaş edir. Tarixlə bağlı razılıq əldə edilən kimi bu barədə açıqlama veriləcək.”
Dünən Rusiya prezidentinin Qərbi Asiya işləri üzrə köməkçisi və xarici işlər nazirinin müavini Mixail Budaqov Suriyada vəziyyətin araşdırılması ilə bağlı mart ayında Tehranın evsahibliyi ilə İran, Türkiyə və Rusiyanın üçtərəfli görüşünün baş tutacağını və bu görüşdə hər üç ölkənin prezidentlərinin iştirak edəcəyini xəbər verib.
M. Budaqov vurğulayıb ki, Türkiyənin razı olacağı surətdə iclas mart ayının əvvəlində keçiriləcək.
Suriya ordusunun son bir ayda terrorçulara qarşı yeni əməliyyatları və bu sahədə uğurları ölkənin şimalında, xüsusilə də İdlibdə vəziyyətin qabarmasına səbəb olmuşdur. Suriya ordusu ilə bu ölkə torpaqlarına soxulmuş Türkiyə ordusunun qarşıdurmalarından sonra vəziyyət gərginləşmişdir.
Rusiya Astana müzakirələrinin zamini sayılan üç ölkədən biri kimi bildirib ki, Suriya ordusu ölkənin 90 faiz ərazisini terrorçulardan azad edib, Hələb və İdlibdə Soçi razılaşmasının icra edilməsi üçün zəmin yaradıb. Bu irəliləyişlər Türkiyəni terrorçuların hamisi olaraq narahat edib.
206 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP