Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2020

Suryada Türkiyə qüvvələri 300 nəfər itki verərək geri çəkilməyə məcbur oldu

Suriyanın “SANA” rəsmi xəbər agentliyi xəbər verib ki, cümə axşamı Suriya ordusu Türkiyə qüvvələri və hərbi təchizatının dəstəyi ilə Neyrəb qəsəbəsini işğal etmək üçün hücuma keçmiş terrorçu qrupların hücumunu dəf edib. 

Xəbər agentliyi bildirib ki, Suriya ordusu bu döyüşdə düşmənə ağır zərbə vurub, Türkiyəyə aid çoxlu terrorçu öldürülüb və hərbi texnika məhv edilib.
Cəbhədən canlı yayım edən Suriyanın “Əl-Əxbariyyə” kanalı da hərbi müxbirinə istinadən Türkiyə terrorçularının Neyrəb qəsəbəsini işğal etmək əməliyyatının məğlubiyyətə uğradığını xəbər verib.
Müxbir bildirib ki, Suriya ordusu 250 terrorçunu və 2 Türkiyə əsgərini məhv edib.
Həmçinin cəbhə müxbiri deyib: “İlk hücumun dəf edilməsindən sonra terrorçular yenidən qəsəbəyə hücum edib, lakin Suriya ordusunun müqaviməti nəticəsində düşmənin hücumu nakam qalıb və bu dəfə 70 terrorçu öldürülüb.”

Mərkəzi Londonda yerləşən Suriya müxalifətinə bağlı insan haqları təşkilatı da öz bəyanatında bildirib ki, döyüşlər əsasən Neyrəb istiqamətindədir, Türkiyə qüvvələri və onlara bağlı terrorçu qruplar şiddətli döyüşlərdən sonra geri çəkilməyə məcbur olub və qəsəbənin ətrafında yerləşib.


199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP