Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2020

Ruhani: "ABŞ bir gün təslim olacaq"

“ABŞ bir gün təzyiqlərin nəticəsiz qaldığını görəcək, təslim olacaq və danışıqlar masasına oturacaq”.

Bunu İran Prezidenti Həsən Ruhani Tehranda Nazirlər Kabinetinin iclasından sonra çıxış edərkən deyib.

O, Qasım Süleymaninin şəhid edilməsinə görə Konqresin Donald Trampın, Ağ Evin və Pentaqonun İrana qarşı səlahiyyətlərini məhdudlaşdırdığını xatırladıb.

“ABŞ regiondakı problemləri həll etmək istəsəydi, Süleymani ilə birgə çalışar, onun vasitəsilə buna nail olardı. İndi bu işi 20 nəfərlə görməlidir. Problemlər Süleymani ilə danışaraq həll edilə bilərdi. İndi işləri daha da çətinləşdirdi”, - deyə İran Prezidenti əlavə edib.
188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP