Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Baş nazir Ərdoğana aid yeni səs yazısı yayıldı – Stenoqram

İnternetdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana aid olduğu iddia edilən səs yazısı yayımlanıb.
Bu barədə “Haberler.com” saytı informasiya yayıb.
Səs yazısında Baş nazir Ərdoğan “Cinər Yayım Holdinq”inin rəhbəri Fatih Saracdan Saba Tümerin Yaşar Nuri Öztürk ilə apardığı proqramın dayandırılmasını istəyir. İddiaya görə Baş nazir Yaşar Nuri Öztürkün hökumətə aid ifadələr işlətməsindən narahat olur və telefon ilə Fatih Saracla əlaqə saxlayaraq proqramın dərhal dayandırılmasını istəyir. Fatih Sarac Baş nazirə müsbət cavab verir. Baş nazir Ərdoğanla Fatih Sarac arasında keçən səs yazısını təqdim edirik.
Baş nazir Ərdoğan: Vaxtın varmı?
Fatih: Buyrun, əfəndim Baş nazir Ərdoğan: Yanında kimsə varmı?
Fatih: Qapıları bağlayıram, indi yoxdu, əfəndim.
Baş nazir Ərdoğan: Bu “Show” TV-də Yaşar Nuriyi dinləyirsinizmi?
Fatih: O qurtardı əfəndim. Bu gün Nihat Hatipoğluyla bu barədə danışacam.
Baş nazir Ərdoğan: Hə, get. Bir az əvvəl onu dinlədim…
Fatih: Xeyr, elə deyil.
Baş nazir Ərdoğan: Bizə qarşı nə təhqirlər edirlər.
Fatih: Hörmətli Baş nazirim qəti belə bir şey yoxdur, hətta bunu dedim, bitirin proqramı…
Baş nazir Ərdoğan: Guya xalqa biz seçkidən əvvəl kömür, düyü paylayırıq və biz belə…
Fatih: Yaxşı.
Baş nazir Ərdoğan: Bilmirəm nə edirik, xalqa qışqırırıq və s.
Fatih: Hal-hazırda qurtardı əfəndim. Hər şey aydın oldu. Çox təəssüf edirəm, əfəndim.
Baş nazir Ərdoğan: İşdən kənarlaşdırdığınız qadın orda proqram aparır.
Fatih: Çox üzr istəyirəm, əfəndim. Sizi üzdüyüm üçün bağışlayın./axar/
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15