Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2020

Suriya ordusu İdlibdə irəliləyir-Daha 1 türkiyəli təcavüzkar məhv edildi

“SANA” xəbər agentliyinin bildirdiyinə görə, Suriya ordusu bu gün də öz irəliləməsini davam etdirib, yeni əməliyyatda Türkiyə təcavüzkarları və bu rejimə bağlı terrorçu qrupların mövqelərini Cozef, Səfuhan, Kəfər-əvid, Əhsəm, Beyneyn, Fətirə, Əlbarə, Sərce və Məstumə qəsəbələrində atəşə tutub, onların komandanlıq qərargahlarını dağıdıb, zirehli texnika və hərbi təchizatını sıradan çıxarıb və bir neçə terrorçunu məhv edib.
Hələbdə də terrorçulara qarşı əməliyyatlar davam edib. Suriya ordusunun raket və artilleriya bölmələri Deyr Sənbul, Kəfər-Nubl, Has və Bəsqəla məntəqələrində, habelə Ərtab və Darə İzzə məntəqələri ətrafında terroçuların mövqelərini atəşə tutub, terrorçuları təlafata uğradıb.
“Səudi əl-Ərəbiyyə” telekanalının verdiyi xəbərə görə, Suriya ordusunun bu gün terrorçulara qarşı apardığı əməliyyatlar nəticəsində bir türkiyəli təcavüzkar da məhv edilib. Onun İdlibdə öldürüldüyü deyilir.
Qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, məhv edilmiş təcavüzkarın adı Məcid Dəmir olub.
207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.04.20, 08:42
Eks-prezident həbs edildi
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP