Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2020

Suriya ordusu İdlibdə daha iki kəndi azad etdi

Suriya ordusu İdlibin terrorçulardan azad edilməsi uğrunda əməliyyatlarını davam etdirir. Bu istiqamətdə Suriya ordusu və müttəfiq qüvvələr bu gün səhər saatlarında Cəbəluz-zaviyə məntəqəsində əməliyyata başlayıb və axşamüstü iki kəndi terrorçulardan azad edib.
“SANA”-nın yazdığına görə, Məarrat ən-Numan şəhərinin qərbində və M-5 magistral yolunun yaxınlığında Şeyx Damis və Həntutin kəndləri azad edilib və ordu qüvvələri qonşu kəndlərdə də terrorçuları təqib edib.
Cəbluz-zaviyə məntəqəsində 35 kənd yerləşir.
Suriya müxalifətinə aid “Əl-Ərəbiyyul-cədid” saytının bildirdiyinə görə, bu gün səhər saatlarında Kəfər Lusin məntəqəsindən Suriyaya daxil olmuş Türkiyə hərbi konvoyu Kəfəl Nəbəl şəhərini işğal etmək məqsədilə Cəbəluz-zaviyəyə tərəf hərəkət edib. Suriya və Rusiya qırıcıları hərbi konvoyun ətrafını bombalayıb.
Kəfəl Nəbəl şəhəri Suriya ordusunun irəliləməsi yolunda yerləşir.
187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP