Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Akif Nağı Ramin Hacılıya od püskürdü

Akif Nağı Ermənistana gedən Ramin Hacılıya od püskürdü

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bu gün Ermənistana gedib.

Səfərin məqsədi "Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həll olunmasında vətəndaş təşəbbüsünün artırılması” mövzusunda Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü keçirilən tədbirdə iştirak etməkdir. Ramin Hacılı ilə birlikdə hərəkatın Sülh Quruculuğu üzrə eksperti Həmidə Qiyasbəyli də Ermənistana səfər edib.

Məsələyələ bağlı Etatist.com-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dedi ki, Azərbaycan milli maraqlarını bu cür ayaqlar altına atmaq olmaz:

"Bunlar şeytana, pula satılmış adamlardır, hərəsini qoyublar bir vəzifəyə. Biz də çalışırıq onları başa salaq ki, bu hərəkətlə onlar ermənilərin siyasətinə, torpaqlarımızın ermənilərə verilməsinə xidmət edirlər. Çalışırıq başa salaq ki, yalnış yoldadılar. Bunlar da bizi başa düşmürlər. Bu heç nəyə yaramayan bir adamdır. Azərbaycanın milli maraqlarını bu cür ayaqlar altına atmaq olmaz".

Qeyd edək ki, səfər çərçivəsində Avropa İttifaqının təşkilatçılığı ilə konfrans, Ermənistandan olan millət vəkilləri, tanınmış QHT nümayəndələri ilə görüşlər və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
1928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı