Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Rəşad Ramazanov 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb

Dini fəal, bloqçu, Milli Elmlər Akademiyasının doktorantı Rəşad Ramazanov Bakı İstintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Məlumatı “Media forum” saytına məhbusun həyat yoldaşı Könül İsmayılova verib.

Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.

Fevralın 23-də “Media forum” saytına açıqlama göndərən həyat yoldaşı qeyd edib ki, sonuncu dəfə Rəşadla ayın 17-si telefonda danışıb: “O gündən Rəşaddan bir xəbər yoxdur. Onun köçürüldüyünü 2 saylı Cəzaçəkmə Müəssisəsinə bu gün Bakı İstintaq Təcridxanasından öyrəndim”.
1519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.07.17, 10:21
Əməldə filosof!
20.07.17, 08:18
Hökumət “d