Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2020

Vurulmuş Ərəbistan qırıcısının iki polotu Yəmən qüvvələrinin əsirliyindədir

“ABNA”-nın verdiyi xəbərə görə, Yəmən Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd əl-Buxeyti bu xəbər agentliyinə müsahibəsində Ərəbistanın vurulmuş Tornado qırıcısının pilotlarının taleyi barədə münasib vaxtda açıqlama verəcəyini deyib.
Əl-Buxeyti deyib: “Ərəbistan özünün vurulmuş təyyarəsinin qalıqlarını bombalamaqla onun pilotlarını öldürmək istəyirdi. Əlbəttə, bu bombardman nəticəsində onlarla günahsız yəmənli şəhid oldu.”
“Əl-Məyadin” telekanalı bildirib ki, onun əlində olan məlumatlara əsasən, Yəməndə düşmənçilik hərəkəti həyata keçirmək istəyərkən bu ölkənin havadan müdafiə qüvvələri tərəfindən vurulan Tornado qırıcısının pilotları Yəmən qüvvələrinin əsirliyindədir.
Bu məlumata görə, qırıcının iki pilotu yaralanıb. Təyyarə vurulduqdan sonra Ərəbistan onu bombalamaqla pilotları öldürmək məqsədi güdüb.
192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP