Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2020

Suriya ordusu Kəfər Nəbəl şəhərini azad etdi

Suriya ordusu terrorçulara qarşı döyüşlərinin davamında İdlibin cənubunda Kəfər Nəbəl strateji şəhərə daxil olub.
“Sputnik”-in verdiyi xəbərə görə, yüzlərlə çinli terrorçu Kəfər Nəbəl şəhərində öz mövqelərini tərk edərək Cəbəluz-Zaviyə məntəqəsi istiqamətinə qaçıblar.
Suriya qüvvələri Kəfər Nəbəl şəhərinin darvazası sayılan Has qəsəbəsi istiqamətində irəliləməsini davam etdirib.
Bu əməliyyatın ardınca çinli terrorçular və onların müttəfiqləri olan Ənsarut-tohid və Cəbhətün-nüsrə terror qrupları müdafiə xəttindən qaçıblar, beləliklə ordu qüvvələri şəhərə daxil olub.
Suriya ordusunun İdlib və Hələbdə terrorçuların mühasirəyə alınması istiqamətindəki irəliləyişləri Ankara və Dəməşq arasında gərginlik yaradıb. Suriya ordusunun İdlibi azad edəcəyi surətdə İdlibdə yerləşmiş terrorçuların Türkiyəyə daxil olacağından qorxan Ankara terrorçulara logistik yardımını kəsmək istəmir, üstəlik Suriya ərazisinə çoxlu hərbçi və hərbi texnika yeridib.
İdlib Suriya ərazisinin 11 faizini təşkil edir və Suriya qüvvələri son vaxtlarda bu əyalətin böyük hissəsini terrorçulardan azad edib.
187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP