Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2020

Masazırda ağır cinayət: döyüb, sonra güllələdilər...

Abşeron rayonunda qətl hadisəsi baş verib. İnsident bir neçə gün əvvəl Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivi ərazisində qeydə alınıb. Orta yaşlı kişi əvvəlcə döyülüb, daha sonra güllələnərək öldürülüb. Hadisəni törədən şəxslər cəsədi Masazırda basdırıblar. Qətlə yetirilən şəxsin qardaşı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək qardaşının itkin düşdüyünü bildirib.

Qətlə yetirilən şəxsin cəsədinin basdırıldığı yer müəyyənləşib. Cəsəd basdırıldığı yerdən çıxarılaraq tibbi ekspertizaya təhvil verilib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Abşeron rayonu Masazır qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mircəfərov Zaur Mirdadaş oğlu olması müəyyənləşib.
194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP